ABŞ Prezidenti Donald Tramp narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində Kolumbiyada hərbi əməliyyatın mümkünlüyünü istisna etməyib.
Paraqraf.com-un məlumatına görə, o, bu açıqlamanı Milad və Yeni il tətillərini Mar-a-Laqo iqamətgahında keçirdiyi Vest-Palm-Biçdən Vaşinqtona gedən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən verib.
Tramp ABŞ-nin “xəstə qonşusu” adlandırdığı Venesueladakı vəziyyətlə bağlı Kolumbiyanı da eyni şəkildə xarakterizə edib. “Onu kokain istehsal etməyi və ABŞ-yə satmağı sevən xəstə adam idarə edir. O, bunu uzun müddət etməyəcək – bunu mən sizə deyirəm”, – ABŞ Prezidenti bildirib.
ABŞ-nin Kolumbiyada hərbi əməliyyatın mümkünlüyünü nəzərdən keçirib-keçirmədiyi soruşulduqda, Tramp “bu, yaxşı səslənir” cavabını verib.
Paraqraf.com
![]()
