Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Orban: ABŞ-nin Venesueladakı fəaliyyəti enerji bazarlarına müsbət təsir göstərəcək
DÜNYA

Orban: ABŞ-nin Venesueladakı fəaliyyəti enerji bazarlarına müsbət təsir göstərəcək

05 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Venesueladakı son hadisələr dünya enerji bazarlarında daha əlverişli vəziyyətə gətirib çıxaracaq.

Paraqraf.com Macarıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban yerli və beynəlxalq KİV üçün təşkil olunmuş mətbuat konfransında bildirib.

V.Orban ABŞ-nin Venesuelada həyata keçirdiyi, ölkə Prezidenti Nikolas Maduronun ələ keçirildiyi əməliyyatı “yeni dünya nizamının təzahürü” adlandırıb. Onun sözlərinə görə, Venesuela və Birləşmiş Ştatlar birlikdə dünyanın neft ehtiyatlarının 40-50 %-ni nəzarətdə saxlaya bilərlər ki, bu da qlobal qiymətlərə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

“Amerikalıların daha ucuz enerjiyə ehtiyacı var və Macarıstan üçün bu yaxşı xəbərdir – əgər Vaşinqton Venesuela neftinə nəzarət edəcəksə, dünya enerji bazarında daha əlverişli vəziyyət yaranacaq”, – Baş nazir bildirib.

O, həmçinin qeyd edib ki, Macarıstan son dörd il ərzində rekord həcmdə investisiya cəlb edib və bu tendensiyanı qoruyub saxlamaq niyyətindədir: “Donald Trampın ABŞ prezidenti seçildiyi andan etibarən 13 investisiya layihəsi reallaşdırılıb və yeniləri gözlənilir. Bu onu göstərir ki, Brüsseldən kənarda da həyat mövcuddur. Ümumiyyətlə Çin, Türkiyə, ərəb dünyası və Rusiya ilə yaxşı əlaqələri saxlamaq vacibdir”.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiyada Latın Amerikasından 40 kq kokain qaçaqmalçılığının qarşısı alınıb

Next

Özbəkistanda avtobus aşıb, iki nəfər ölüb, doqquz nəfər yaralanıb

Copyright 2026— Praqraf.com. All rights reserved