ABŞ-də keçirilən hokkey üzrə gənclər arasında dünya çempionatında yarımfinal cütlükləri müəyyənləşib.
Paraqraf.com xəbər verir ki, buna mundialın 1/4 final görüşlərindən sonra aydınlıq gəlib.
Bu raundda İsveç Latviyanı (6:3), Çexiya İsveçrəni (6:2), Finlandiya əlavə vaxtda ABŞ-ni (4:3), Kanada isə Slovakiyanı (7:1) məğlub edib.
Beləliklə, yarımfinalda Kanada – Çexiya və İsveç – Finlandiya görüşləri baş tutacaq.
Qeyd edək ki, hər iki oyun yanvarın 5-də keçiriləcək.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
