Sosial şəbəkələrdə narkotiklərdən istifadəni təbliğ edən videolar paylaşan əvvəllər məhkum olunmuş 32 yaşlı T.Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan narkotik vasitə olan marixuana aşkarlanıb.
Paraqraf.com xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
