Həmrəylik Günü münasibətilə məktəbimizdə tədbir keçirildi. Tədbirin məqsədi həm məktəbimizdə təhsil alan şagirdləri, həm də ziyarət etdiyimiz uşaq bağçasındakı balacaları sevindirmək idi. Şagirdlərimizlə birlikdə xüsusi açıqçalar hazırlandı və məktəbin bütün şagirdlərinə paylandı. Əsas məqsəd bağçadakı uşaqların hər biri üçün səmimi ürək sözləri yazmaq, sevgi, ümid və xoş arzuları paylaşmaq idi.
Bu xeyirxah təşəbbüsdə peşə təmayüllü siniflərin şagirdləri xüsusi fəallıq göstərdilər.
Dərzi köməkçisi ixtisası üzrə təhsil alan şagirdlər hədiyyə torbalarının tikilməsində, kompüter operatoru ixtisası üzrə oxuyan şagirdlər dizayn işlərinin hazırlanmasında, qənnadçı və aşbaz köməkçisi ixtisaslı şagirdlər isə şirniyyat və dadlı təamların hazırlanmasında böyük əmək sərf etdilər.
Eyni zamanda məktəbin 8, 9, 10 və 11-ci sinif şagirdləri açıqçalara öz ürək sözlərini yazaraq hər bir hədiyyə torbasına yerləşdirdilər. Müəllimlər, məktəbin direktoru və bütün sinif şagirdləri Yeni il və Həmrəylik Günü münasibətilə uşaqlar üçün hədiyyələrin hazırlanmasında birlik nümayiş etdirdilər.
Açıqçalara yazılan ürək sözləri olduqca səmimi və duyğulu idi.
Nurlan Mustafayev qarşıdan gələn Yeni il münasibətilə xoşbəxtlik və uğur arzuladı.
Məmmədova B. hər kəsin ürəyindəki arzuların gerçəkləşməsini dilədi.
Nəzrin Babayeva “Yaxşı ki varsınız!” sözləri ilə sevgisini bölüşdü.
Mətanət Fətəliyeva uşaqları ürəkdən təbrik edərək arzularının çin olmasını istədi.
Akşin Kərimov sevgilərlə dolu təbrik yazdı.
Murad Yaqubov Yeni il münasibətilə səmimi arzularını çatdırdı.
Manaf Dəmirqayayev 2026-cı ilin uğurlu olmasını və səsimizin ucalardan gəlməsini arzuladı.
Nuranə Ömərova “Yeni iliniz mübarək!” sözlərini yazdı.
Firuzə Məmmədova hər kəsə sevinc və məhəbbət dolu günlər arzuladı.
Elvin Elifxanov ümidverici sözlərlə həmrəyliyimizin vacibliyini vurğuladı.
A. Nəzrin gələcəkdə tələbə adı qazanmağı və Vətənə layiqli övlad olmağı arzuladı.
S. Aysel gələcəyimizin uşaqlarla gözəl olduğunu qeyd etdi.
İslam Məmmədov sevgi dolu təbrik sözləri yazdı.
M. Paşayeva qarşıdan gələn Yeni ilin üzlərdən gülüşü əskik etməməsini dilədi.
Vurğun İsmayılov uşaqlara hər zaman şənlik və uğur arzuladı.
Mürsəl Məmmədov hər kəsin qəlbimizdə xüsusi yeri olduğunu bildirdi.
Elşən ağıllı və səbirli olmağı tövsiyə etdi.
Z. Sümrüd hamıya sevgi və uğur arzuladı.
Sevinc Mehrəliyeva çətinliklərdən sonrakı günlərin gözəl olduğunu xatırlatdı.
B. Kərimov Yeni il münasibətilə təbrik etdi.
N. bu sözləri oxuyan hər bir uşağa gələcək uğurlar dilədi.
A. Fərqanə üzlərdən təbəssümün əskik olmamasını istədi.
Elcan Biniyadlı “Siz qiymətsizsiniz!” sözləri ilə uşaqları sevindirdi.
Əsmər Mirzəməmmədova qəlblərdəki işığın heç vaxt sönməməsini arzuladı.
Aygün Nurəddinova kiçik addımların böyük yollara apardığını vurğuladı.
Fərzəli Yaqubov hər kəsin özünəməxsus bir möcüzə olduğunu yazdı.
Əlövsət Əliyev uşaqların hər zaman sevildiyini bildirdi.
Nərmin Əsədova “Siz dəyərlisiniz!” sözlərini yazdı.
Aişə Qədirova qəlblərdə gözəl bir gələcəyin olduğunu qeyd etdi.
Zamik Ağasiyev uşaqları gələcəyimiz adlandırdı.
Ariz Qədirov hər bir uşağın yanan bir işıq olduğunu vurğuladı.
Aynur Mehdiyeva uşaqları dünyanın ən gözəl neməti adlandırdı.
Şəfa Vəliməmmədova da açıqçasını “Siz dəyərlisiniz!” sözləri ilə tamamladı.
Nuran Paşayev hər bir uşağın dünyanın bir möcüzəsi olduğunu yazdı.
X. Zalikə “Allah sizi qorusun!” duasını əlavə etdi.
Gülay Ömərova ən gözəl arzularını uşaqlara ünvanladı.
Səbinə Mustafayeva qəlblərin hər zaman sevgi ilə dolu olmasını istədi.
Rəvan İbrahimov ümidlərin məqsədlərə çevrilməsini arzuladı.
Gülər Orucova uşaqları gələcəyin qəhrəmanları adlandırdı.
Şəfiyev Nurlan Yeni il münasibətilə təbrik etdi.
Aysu İsmayılova gələcəyin parlaq və uğurlu olmasını arzuladı.
Zəhra İbrahimova Yeni ilin gözəlliklər gətirməsini dilədi.
Afət Binyadova dünyanın ən gözəl hədiyyəsini arzuladı.
Rüstəm Abbasov Həmrəylik İli münasibətilə səmimi təbriklərini çatdırdı.
Kəklik Hüseynova Vətənə və xalqa xeyirli övlad olmağı arzuladı.
Bağçaya etdiyimiz ziyarət zamanı uşaqların sevinc dolu gülüşləri hər kəsin qəlbində silinməz iz buraxdı. Bağçanın rəhbərliyi və kollektivi şagirdlərimizi böyük səmimiyyətlə qarşıladı. Bir həftə ərzində görülən zəhmətin nəticəsi balaca uşaqların təbəssümündə öz əksini tapdı və bu anlar yaddaşımıza əbədi həkk olundu.
Bu tədbir bizə bir daha göstərdi ki, sevgi yaymaq, mehriban olmaq və doğru yolu seçmək gələcəyimizin əsas təməlidir. Pis vərdişlərdən uzaq duraraq birlik və həmrəylik içində addımlasaq, uşaqlarımızı peşəsini sevən, Vətəninə, ailəsinə və xalqına layiqli vətəndaşlar kimi yetişdirə bilərik.
Bu xatirə həm balacaların, həm də şagirdlərin yaddaşından heç vaxt silinməyəcək. Belə təşəbbüslərin bütün təhsil ocaqlarında həyata keçirilməsi isə hər birimiz üçün nümunə olmalıdır. Bir daha anladıq ki, gələcək şagirdlərin əlindədir və bu gələcəyi yalnız birlikdə daha gözəl edə bilərik.
Elçin Ağasıyev
Paraqraf.com
![]()
