Bu gün səhər saatlarında Bakı şəhərinin Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən yaşayış binalarından birində mənzildə yanğın qeydə alınıb.
Paraqraf.com xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları dərhal əraziyə cəlb olunub.
Görülən operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb və ətraf mənzillərə keçməsinin qarşısı alınıb.
Yanğının başvermə səbəbi hələlik məlum deyil. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.
Aytac
Paraqraf.com
![]()
Visited 28 times, 1 visit(s) today
