Qazax rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Paraqraf.com xəbər verir ki, hadisə rayonun Çaylı kənd yolunda qeydə alınıb.
“Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 2004-cü il təvəllüdlü Sabuhi Sahib oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya çatdırılıb.
Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
