Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/KİV: “Tottenhem” yanvarda Leon Qoretskanı transfer etmək niyyətindədir
İDMAN

KİV: “Tottenhem” yanvarda Leon Qoretskanı transfer etmək niyyətindədir

28 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Londonun “Tottenhem Hotspur” klubu yanvar ayında Münhen “Bavariya”sının mərkəz yarımmüdafiəçisi Leon Qoretskanı heyətinə qatmaq üçün cəhd etməyi planlaşdırır.

Paraqraf.com “Caught Offside” portalına istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun agenti artıq İngiltərə klubu ilə danışıqlara başlayıb. Qeyd olunur ki, “Bavariya” rəhbərliyi müqaviləsi iyunun 30-da başa çatacaq oyunçu ilə sözləşmənin müddətini uzadıb-uzatmamaq barədə hələ qəti qərar verməyib.

Məlumata görə, Qoretskanın mümkün transferi “Tottenhem”in baş məşqçisi Tomas Frankın təşəbbüsüdür. O, yarımmüdafiəçini heyətin təcili gücləndirilməsi üçün namizəd kimi nəzərdən keçirir. Futbolçu ilə həmçinin “Mançester Yunayted” və Madridin “Atletiko” klubları da maraqlanır.

Leon Qoretska 2018-ci ildən “Bavariya”da çıxış edir. O, Münhen klubunun heyətində altı dəfə Almaniya çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb, 2019/2020 mövsümündə Çempionlar Liqasının və 2020-ci ildə klublararası dünya çempionatının qalibi olub. Almaniya millisinin tərkibində isə 2017-ci il Konfederasiyalar Kubokunu qazanıb. Bundesliqanın cari mövsümündə yarımmüdafiəçi 14 oyun keçirib və məhsuldar fəaliyyəti ilə seçilməyib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Şərurda yol qəzası nəticəsində qaz xətti sıradan çıxıb, bir sıra kəndlər qazsız qalıb

Next

Braziliya millisinin futbolçusu ölkəsinin klubuna transfer olunub

Copyright 2026— Praqraf.com. All rights reserved