Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 27
  • TÜRKPA sədrinin Azərbaycana səfəri gözlənilir

TÜRKPA sədrinin Azərbaycana səfəri gözlənilir

admin 27 Dekabr 2025 3 minutes read
k7scRLdXQjTEHK1hzTV9DJeguYJBQC70oxAQ2jj9_825
PAYLAŞIN:

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov Astana şəhərinə rəsmi səfəri çərçivəsində TÜRKPA-nın Baş katibi səfir Ramil Həsəni qəbul edib.

Paraqraf.com xəbər verir ki, görüş zamanı Ramil Həsən qısa müddət ərzində TÜRKPA tərəfindən həyata keçirilən fəaliyyətlər, o cümlədən beynəlxalq katibliyin gördüyü işlər barədə Koşanova ətraflı məlumat verib.

O, Türkiyə, Qırğızıstan, Macarıstan, Özbəkistan və Şimali Kipr Türk Respublikasına (KKTC) həyata keçirdiyi rəsmi səfərlər, parlament sədrləri və xarici işlər nazirləri ilə baş tutan ikitərəfli görüşlər barədə də məlumat verib.

Baş katib bildirib ki, TÜRKPA Beynəlxalq Katibliyi 2026-cı il üçün İş Planının layihəsini hazırlayıb və müzakirə edilməsi məqsədilə tərəflərə təqdim edib. O, həmçinin TÜRKPA-nın ATƏT Parlament Assambleyasında müşahidəçi statusu əldə etməsi ilə bağlı fəaliyyətdə olan sədr adından rəsmi müraciətin göndərilməsinin məqsədəuyğun olacağını vurğulayaraq bu məsələ ilə bağlı müvafiq tapşırıqların gözlənildiyini qeyd edib.

Görüş zamanı, 2026-cı ildə TÜRKPA tərəfindən “Avrasiyada yeni əməkdaşlıq: Strateji əlaqələrin inkişafında TÜRKPA-nın rolu – Parlament diplomatiyası” mövzusunda beynəlxalq konfransın keçirilməsinin faydalı olacağı da cənab Koşanovun diqqətinə çatdırılıb.

Gələn il üçün nəzərdə tutulan daimi komissiyaların iclasları, eləcə də Macarıstan və Özbəkistana həyata keçirilən son rəsmi səfərlər və Özbəkistanın TÜRKPA-ya tamhüquqlu üzv olması ilə bağlı məsələlərin geniş müzakirə edildiyi barədə də məlumat təqdim edib.

Yerlan Koşanov növbəti ilin birinci yarısında Azərbaycana rəsmi səfərinin gözlənildiyini və TÜRKPA Beynəlxalq Katibliyini ziyarət etməkdən məmnunluq duyacağını ifadə edib.

Görüşdə Qazaxıstan Xarici İşlər Nazirinin müavini cənab Alibek Bakayev və Qazaxıstan Parlamentinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspan iştirak edib.

Baş katibi onun müavini Talqat Aduov və TÜRKPA-nın Protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət edib.

Paraqraf.com

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Prezident sürücülük vəsiqəsinin alınması ilə bağlı yeni tələbi təsdiqlədi – YENİLİK
Next: Astanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.