Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 27
  • “AzerGold” builki satışının ümumi dəyərini açıqlayıb

“AzerGold” builki satışının ümumi dəyərini açıqlayıb

admin 27 Dekabr 2025 3 minutes read
bUsMytwqBu6qc2TzCpvNBxZlAPsKXxU6vdEKqZYX_825
PAYLAŞIN:

Bu il “AzerGold” QSC-nin xarici və yerli bazarlarda satışının ümumi dəyəri 431 milyon manat təşkil edib.

Paraqraf.com xəbər verir ki, bunu səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov “Nadir incilər – ipəklə gümüşün harmoniyası” adlı təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, şirkət fəaliyyət dövründə ölkə iqtisadiyyatına 1,9 milyard manat vəsait cəlb edib: “Azərbaycanın aparıcı dağ-mədən şirkəti olaraq “AzerGold” yalnız qızıl və gümüşün hasilatı və ixracı ilə deyil, həm də məhsulların son istehlakçıya çatdırılması sahəsində uğurlu təşəbbüsləri ilə seçilir. Dövlətin məqsədyönlü iqtisadi siyasəti çərçivəsində bu istiqamətdə bir çox uğurlar əldə edilib. Yerli istehsalın təşviqinə yönəlmiş iqtisadi siyasət fəaliyyətimizə geniş imkanlar açıb. Yerli xammal əsasında hazırlanmış qiymətli məmulatların daxili bazarda satışı, mədəni irsin və milli dəyərlərin təbliği ilə yanaşı, rəqabətqabiliyyətli milli məhsulların yaradılması baxımından da uğurlu nümunəyə çevrilib”.

Z.İbrahimov deyib ki, sikkə və külçələrin istehsalında əsas məqsəd yerli bazarı milli dəyərləri əks etdirən məhsullarla təmin etməklə “Made in Azerbaijan” brendini təşviq etməkdir: “Bu günə qədər maddi dəyərdən savayı, mənəvi və simvolik mənalar daşıyan 13 qızıl və 9 gümüş kolleksiyanın kütləvi istehsalı həyata keçirilib. Zamanla bu layihə yalnız təbliğat missiyası ilə məhdudlaşmayaraq, ölkə iqtisadiyyatı üçün real dəyər yaradan uğurlu bir modelə çevrilib. Yerli xammalın əlavə dəyərə malik son məhsula çevrilməsi iqtisadi şaxələndirməyə töhfə verib. Bu il qiymətli məhsulların ölkədaxili pərakəndə satışından 38,6 milyon manat vəsait əldə edilib. 2019-cu ildən bu günə qədər isə məhz bu istiqamət üzrə ölkə iqtisadiyyatına təqribən 92 milyon manata yaxın vəsait cəlb olunub”.

O qeyd edib ki, “AzerGold” 2023-cü ildən etibarən məhsulların hazırlanmasında müasir və alternativ istehsal həlli olan “smartminting” texnologiyasının tətbiqinə başlayıb: “Numizmatika sahəsində inqilabi yenilik sayılan bu texnologiya vasitəsi ilə üçölçülü formatda mürəkkəb dizaynlı sikkələr istehsal edilir. Bu innovativ üsul Asiya qitəsində ilk dəfə məhz Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “100 il və onun fövqündə bir irs” adlı qızıl sikkənin istehsalında tətbiq edilib”.

Paraqraf.com 

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (27.12.2025)
Next: “AzeLab”ın rəhbərliyi dəyişib

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.