Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.
Bu barədə Paraqraf.com-a məlumat verilib.
Bildirilib ki, Oqtay Əsədovun 40 yaşlı qızı Nərminə Əsədova uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparıb. Mərhum bir müddət Türkiyədə müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, iki övlad atası olan Oqtay Əsədov 2005-ci ilin dekabrından 2020-ci ilin mart ayınadək Milli Məclisin sədri vəzifəsində çalışıb. Vəfat edən Nərminə Əsədova onun kiçik qızıdır.
Ləman
Paraqraf.com
![]()
Visited 12 times, 1 visit(s) today
