“İnter Mayami”nin hücumçusu Lionel Messi Meksika liqasını fəal şəkildə izləyir, liqadakı klublar və oyunçular haqqında yaxşı məlumatlıdır.
Paraqraf.com-un məlumatına görə, bunu “İnter Mayami”nin qapıçısı Vilyam Yarbrouq “La Aficion” nəşrinə müsahibəsində bildirib.
“Meksika liqası onun çox xoşuna gəlir. O, hər şeyi bilir – sözün əsl mənasında bütün klubları, oyunçuları və matçları. Leo futbolu sevir və Meksikaya qarşı heç bir pis niyyəti yoxdur. Heç bir”, – Yarbrouq deyib.
Messi 2023-cü ilin yayından “İnter Mayami”də oynayır. Bu müddət ərzində argentinalı bütün yarışlarda 88 oyun keçirib, 77 qol vurub və 44 məhsuldar ötürmə edib.
Futbolçunun klubla müqaviləsi 2028-ci ilin sonuna qədərdir. “Transfermarkt”a görə, Messinin bazar qiyməti 15 milyon avrodur.
Paraqraf.com
![]()
