Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 26
  • “Bahar” və “Qum-Dəniz” yataqlarından ilkin neftin hasil ediləcəyi vaxt açıqlanıb

“Bahar” və “Qum-Dəniz” yataqlarından ilkin neftin hasil ediləcəyi vaxt açıqlanıb

admin 26 Dekabr 2025 3 minutes read
9d27eea7-fc14-3a1d-96c1-8067ceefe1b4_825
PAYLAŞIN:

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Bahar” və “Qum-Dəniz” yataqlarından ilkin neftin 2027-ci ilin sonu – 2028-ci ilin əvvəli əldə edilməsi nəzərdə tutulur.

Bu barədə Paraqraf.com “Bahar” və “Qum-Dəniz” yataqlarının operatoru olan “Bahar Energy Operating Company Limited” (BEOC) şirkətinə istinadən xəbər verir.

Məlumata görə, layihə çərçivəsində müasir texnoloji standartlara uyğun infrastruktur qurulacaq, yeni hasilat və kəşfiyyat quyuları qazılacaq. Həmçinin, istehsalat və nəqliyyat sistemlərinin modernləşdiriləcək.

Bildirilib ki, “Bahar” və “Qum-Dəniz” yataqlarının İlkin Hasilat Sxemi üzrə yenidən işlənmə layihəsi çərçivəsində müvafiq addımlar atılır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən son illərdə həyata keçirilən Korporativ strategiyaya uyğun olaraq mövcud neft-qaz yataqlarının potensialı və əməliyyat səmərəliliyi yenidən qiymətləndirilməkdədir.

Bu xüsusda, “Bahar” və “Qum-Dəniz” yataqlarının İlkin Hasilat Sxemi üzrə yenidən İşlənmə layihəsi çərçivəsində BEOC və ABŞ-ın SLB şirkətləri arasında müqavilə bağlanılıb. 2026-cı ilin yanvar ayına qədər “Bahar” yatağının statik və dinamik modellərinin, ilkin hasilat sxemi çərçivəsində quyu qazma, tamamlanma proqramını da əhatə edən işlənmə planının hazırlanması, yataqların işlənmə planı üçün əlverişli sahələrin müəyyənləşdirilməsi işləri nəzərdə tutulub. Həmçinin ilkin işlənmə quyularının təyin edilməsi, quyuların qazma və tamamlanması üçün konseptual mühəndislik layihələndirilməsinin aparılması, eləcə də layihəni “müəyyən et” və “icra et” mərhələləri üçün iş həcminin, iş qrafikinin və büdcə planının hazırlanması işlərinin yekunlaşdırılması razılaşdırılıb.

Xatırladaq ki, “Bahar” və “Qum-dəniz” yataqlarının idarəçiliyi üzrə pay bölgüsündə dəyişiklik edilib və 15 avqust 2025-ci il tarixindən etibarən “Bahar Energy Operating Company Ltd”də (BEOC) payların 100 %-nin SOCAR tərəfindən alınması təmin olunub. Beləliklə, layihə HPBS (Hasilatın Pay Bölgüsü Sazişi) əsasında SOCAR tərəfindən idarə olunur.

Qeyd edək ki, “Bahar” yatağı 1968-ci ildən, “Qum-dəniz” yatağı isə 1955-ci ildən istismar olunmaqdadır. Hər iki yataq Azərbaycanın enerji sənayesinin inkişafında strateji əhəmiyyətə malikdir. “Qum-dəniz” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Abşeron yarımadasının cənubundakı Qum adasından başlayaraq təxminən 12 km məsafədə dəniz istiqamətində uzanır. “Bahar” yatağı isə təxminən 20 km məsafədə yerləşir.

Paraqraf.com 

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Bakıdakı mərkəzi küçələrdən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Next: “AtaSığorta”nın satışı məhdudlaşdırılıb

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.