Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 26
  • ABİF işğaldan azad edilmiş ərazilərdə 46 milyon manata yaxın kredit verib

ABİF işğaldan azad edilmiş ərazilərdə 46 milyon manata yaxın kredit verib

admin 26 Dekabr 2025 2 minutes read
d443bbc5-d812-3471-bbbd-5890cf6743dd_825
PAYLAŞIN:

Bu il dekabrın 1-nə qədər İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara 45,6 milyon manat güzəştli kredit verib.

Paraqraf.com bu barədə nazirliyə istinadən xəbər verir.

Bundan başqa, məlumata görə, “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində bu bölgələrdə investisiya layihələri həyata keçirən sahibkarlar zəmanət-subsidiya mexanizmi ilə dəstəklənirlər. Mexanizmə əsasən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin məbləğinin 90 %-ə qədər hissəsinə dövlət zəmanəti verilir. Eyni zamanda həmin kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə subsidiyalaşdırılır və kreditin müddətinin yarısına qədər olmaqla 36 aya qədər güzəşt müddəti tətbiq edilir.

Noyabrın sonuna qədər 43 layihə üzrə sahibkarların banklardan əldə etdiyi 55,9 milyon manat kreditə 47,8 milyon manat zəmanət verilib. Eyni zamanda bank krediti faizlərinin subsidiyalaşdırılması məqsədilə 14,4 milyon manat vəsaitin verilməsi təsdiqlənib. Bu mexanizmdən yararlanmış sahibkarlıq subyektləri əsasən sənaye, kənd təsərrüfatı, xidmət və turizm kimi sahələrdə fəaliyyət göstərərək, həmin ərazilərdə iqtisadiyyatın canlanmasına töhfə verirlər.

Bu mexanizmə müraciətlərin operativ qəbul edilməsi məqsədilə “Elektron kredit və zəmanət” informasiya sistemi fəaliyyət göstərir. Sahibkarlar kredit təşkilatına getmədən elektron informasiya sistemi vasitəsilə müraciətlərini ünvanlaya bilərlər.

Paraqraf.com 

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının yeni tərkibi təsdiq edilib
Next: Azərbaycanda daha 28 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.