Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 25
  • “Dövlətin dəstəyi və beynəlxalq əməkdaşlıq vətəndaş cəmiyyətini gücləndirir” – Ramil Əliyev / FOTOLAR

“Dövlətin dəstəyi və beynəlxalq əməkdaşlıq vətəndaş cəmiyyətini gücləndirir” – Ramil Əliyev / FOTOLAR

admin 25 Dekabr 2025 3 minutes read
IMG_2491
PAYLAŞIN:

“2025-ci il vətəndaş cəmiyyəti üçün bir qədər ziddiyyətli, lakin formalaşdırıcı bir il oldu”.

Paraqraf.com xəbər verir ki, bu sözləri “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bu il vətəndaş cəmiyyətinin daha geniş formatda görüşləri keçirildi, QHT-lər üçün daha geniş imkanlar yaradıldı. Bunu xüsusilə son aylarda təşkil olunan tədbirlərdə aydın şəkildə görmək olar:

“İstər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin xarici səfərlər çərçivəsində keçirdiyi görüşlər, istərsə də 2025-ci ilin may ayında Agentliyin icraçı direktorunun Nyu-Yorkda təşkil etdiyi uğurlu görüşlər buna nümunədir. Bundan başqa, 2025-ci ildə ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatının toplantıları Bakı və Naxçıvan şəhərlərində keçirildi və Türk Dövlətləri Təşkilatının QHT Platforması yaradıldı. Bu hadisə 2025-ci ilin ən böyük uğurlarından biri hesab olunur. Necə ki, 2024-cü ildə vətəndaş cəmiyyətinin Azərbaycanda ilk dəfə keçirilən COP29-da uğurlu iştirakı həmin ilin ən mühüm nailiyyətlərindən biri sayılırdısa, 2025-ci ildə Türk Dövlətləri Təşkilatının Forumunun Azərbaycanda keçirilməsi və platformanın yaradılması da eyni dərəcədə böyük uğur idi”.

QHT sədri hesab edir ki, ildən-ilə yeniləşən vətəndaş cəmiyyətinin formalaşdırılması, fəaliyyətinin təkmilləşdirilməsi, yeni layihələrin həyata keçirilməsi, eləcə də 2025-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən vətəndaş cəmiyyətinə verilən yüksək qiymət bu sahədə şəffaflığın və dinamikanın artmasına gətirib çıxaracaqdır:

“Təbii ki, nöqsanlar və müəyyən çətinliklər mövcuddur. Lakin bunlara baxmayaraq, dövlətimizin vətəndaş cəmiyyətinə göstərdiyi qayğı, açdığı imkanlar gələcəkdə daha şəffaf fəaliyyət göstərməyə və ölkəmiz naminə yeni uğurlara imza atmağa zəmin yaradır. Artıq vətəndaş cəmiyyətimizin nümayəndələri beynəlxalq təşkilatlarda və beynəlxalq arenalarda fəal iştirak edirlər. 2025-ci ilin may ayında 28 May – Respublika Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yaşayan yüzə yaxın soydaşımızın iştirakı ilə möhtəşəm tədbir keçirdik. Hesab edirəm ki, bu cür tədbirlər nə qədər çox təşkil olunsa, ölkə xaricində fəaliyyətimiz nə qədər genişlənsə, Azərbaycanın uğurları da bir o qədər artacaq və gələcək inkişafına mühüm töhfələr verəcəkdir”.

Paraqraf.com

Loading

Visited 30 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Kiberpolis 1 milyon manatlıq kriptovalyutanı qanunsuz yolla ələ keçirən şəxsləri saxlayıb
Next: “Uşaqların Ekran və Virtual Mühitə Aludəçiliyi, Müdafiəsiz Vəziyyətə Düşməsi” mövzusunda ictimai müzakirə keçirilib – FOTOLAR

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.