Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/ABŞ avropalı diplomatlara qarşı sanksiya tətbiq edib
DÜNYA

ABŞ avropalı diplomatlara qarşı sanksiya tətbiq edib

24 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Vaşinqton administrasiyası Avropa İttifaqının keçmiş daxili bazar üzrə komissarı Tyerri Breton və amerikalıları senzura etmək səylərində iştirak edən digər şəxslərə viza məhdudiyyətləri tətbiq edib.

Paraqraf.com xəbər verir ki, bu barədə dekabrın 23-də ABŞ dövlət katibinin müavini Sara Rocers bildirib.

“Rəqəmsal Xidmətlər Qanununun arxasında duran Tyerri Bretona qarşı sanksiyalar tətbiq etdik”, – deyə o, əlavə edib. 2023-cü ilin avqust ayından qüvvədə olan qanun Facebook və Instagram, AliExpress, Amazon Store, AppStore, Booking və digər platformalar da daxil olmaqla bir sıra platformalar üzərində nəzarəti əhəmiyyətli dərəcədə artırıb.

Rocersin xatırlatdığı kimi, 2024-cü ilin avqust ayında Breton amerikalı milyarder İlon Maska rəsmi məktub göndərdiyini və zərərli məzmunu silməkdə yetərli olmayan tədbir gördüyünə görə sosial şəbəkəsi “X”i cəzalandırmağa hazır olduğunu, eləcə də dezinformasiyaya görə məsuliyyət daşıdığını bildirib. Bu, “X”in o vaxt ABŞ prezidentliyinə namizəd və hazırda ABŞ lideri olan Donald Trampla müsahibəni yayımlamasından əvvəl baş verib.

Rocers, internetdə dezinformasiya və nifrət nitqinin yayılmasına qarşı mübarizə aparan CCDH təşkilatına rəhbərlik edən Britaniyada siyasi məsləhətçi İmran Əhmədə qarşı da sanksiyaların tətbiq olunduğunu aydınlaşdırıb. Rocers Əhmədi Bayden administrasiyasının ABŞ vətəndaşlarına qarşı hökumət resurslarından istifadə etmək səylərində əsas tərəfdaşı kimi müəyyən edib.

Dövlət katibinin müavini həmçinin Almaniyada yerləşən HateAid təşkilatına rəhbərlik edən Anna-Lena fon Hodenberq və Jozefina Ballonu sanksiya siyahısına əlavə edib. Məhdudiyyətlər həmçinin Britaniyanın GDI təşkilatının rəhbəri Kler Melforda da şamil ediləcək.

Rocersin sözlərinə görə, bu təşkilat internetdə dezinformasiya və nifrət dolu materialları aşkar etmək adı altında ABŞ vergi ödəyicilərinin vəsaitlərindən amerikalıları senzura etmək üçün istifadə edib.

Dövlət katibi Marko Rubionun yazılı açıqlamasında vurğuladığı kimi, ABŞ qlobal senzura kompleksindəki əsas fiqurların girişini qadağan edir. Rubio iddia edir ki, Avropadakı ideoloqlar müəyyən fikirləri ifadə etdikləri üçün Amerika vətəndaşlarını cəzalandırmağa çalışırlar.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ-də qocalar evində partlayış olub, ölənlər var

Next

Əmrah Həsənli: İlham Əliyevin təhsil siyasəti uzunmüddətli strateji yanaşmanın nəticəsidir

Copyright 2026— Praqraf.com. All rights reserved