Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 23
  • Zaqatala və Qaxdan olan fermerlərə 22 min manatdan çox sığorta ödənişi edilib

Zaqatala və Qaxdan olan fermerlərə 22 min manatdan çox sığorta ödənişi edilib

admin 23 Dekabr 2025 3 minutes read
FjDMtlF5YFmnTNN8HT4vgJkRtLEY84qJiM3c676O_825
PAYLAŞIN:

Aqrar Sığorta Fondu Zaqatala və Qax rayonlarından olan fermerlərə növbəti sığorta ödənişi edib.

Paraqraf.com Fonda istinadən xəbər verir ki, bu rayonlarda aqrar sığorta ödənişləri arpa sahələri və fındıq bağlarını əhatə edir. Bu ərazilərdəki dolu hadisəsi və vəhşi heyvanların hücumları nəticəsində baş verən zərərlər üzrə 22 268 manat sığorta ödənişi həyata keçirilib. Ödəniş qeyd olunan hadisələr üzrə təsərrüfatlarına zərər dəymiş Qax rayonunun Turaclı və Güllük kəndlərinin, eləcə də Zaqatalanın Ələsgər kəndinin sakinlərinə verilib.

8,4 hektar arpa sahəsini 254 manat ödəməklə sığorta edən Qax sakini doludan dəymiş zərərə görə Aqrar Sığorta Fondundan 8 808 manat ödəniş alıb.

2 hektar arpa sahəsini sığortalamaq üçün 61 manat sığorta haqqı ödəyən fermer 1 565 manat, 2,4 hektar arpa sahəsini 73 manata sığorta edən fermer isə doludan dəymiş zərər üzrə 1 868 manat sığorta ödənişi alıb.

Fındıq bağının sahibi 5,6 hektar bağı sığorta etmək üçün 1 194 manat sığorta haqqı ödəyib, doludan baş verən zərərlər üzrə isə ona 8 737 manat sığorta ödənişi edilib.

Fermerlərə ödənişləri təqdim edən Aqrar Sığorta Fondunun filial rəhbəri Toğrul Həşimzadə bildirib ki, qeyri-sabit iqlimə malik olan Şəki-Zaqatala zonasında aqrar sığorta xüsusilə vacibdir. İndiyədək bu regionda müxtəlif hadisələrdən dəyən zərərlər üzrə 2,5 milyon manat sığorta ödənişi verilib.

0,7 hektar fındıq bağını sığorta etmək üçün ümumilikdə 70 manat sığorta haqqı ödəyən Zaqatala sakini, vəhşi heyvan hücumu nəticəsində bağa dəyən zərərə görə 1 290 manat sığorta ödənişi alıb.

Aqrar sığorta mexanizmi ümumilikdə 41 bitkini çoxsaylı risklərdən qoruyur. Bura taxıl, tarla, bostan və tərəvəz bitkiləri, meyvə bağları, texniki bitkilər və sair aiddir. Aqrar sığorta haqqının yarısı dövlət tərəfindən ödənilir, nəticədə cüzi məbləğ ödəməklə əkin sahələrini sığortalamaq mümkündür.

Qeyd edək ki, Azərbaycanda Aqrar Sığorta Fondunun fermerlərə ödənişləri 20 milyon manatı keçib və bu məbləğ hər gün artmaqdadır.

Paraqraf.com 

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Cevdet Yılmaz Sahibə Qafarova ilə ikitərəfli və parlamentlərarası əlaqələri müzakirə edib
Next: Türkiyə ərazisi ilə nəql olunan BTC neftinin həcmi 7 %-dən çox azalıb

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.