Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.
Paraqraf.com xəbər verir ki, hadisə Novxanı-Pirşağı yolunda qeydə alınıb.
İlkin məlumata görə, A.Rzayevanın “Nissan” markalı avtomobili digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə hakim hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
