Azərbaycan Basketbol Liqasında bu gün daha üç oyun keçiriləcək.
Paraqraf.com-un məlumatına görə, ilk olaraq IX turdan təxirə salınmış matç baş tutacaq.
Son ölkə çempionu “Sabah” “Gəncə”ni qəbul edəcək. Qarşılaşma Bakı İdman Sarayında, saat 17:00-da start götürəcək.
Saat 20:00-da XI turun “Sərhədçi” – “Quba” və “Abşeron Lions” – “Şəki” görüşləri baş tutacaq. Qarşılaşmalar müvafiq olaraq “Sərhədçi” İdman Mərkəzi və Bakı İdman Sarayında təşkil olunacaq.
XI turun NTD – “Gəncə” və “Sabah” – “Neftçi” oyunları qeyri-müəyyən müddətə təxirə salınıb. Turun əvvəlki matçlarında “Ordu” “Naxçıvan”ı (86:64), “Sumqayıt” “Lənkəran”ı (99:95) məğlub edib.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
