Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 22-də Fəxri xiyabanı ziyarət edib.
Paraqraf.com xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, məzarı önünə əklil qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üstünə gül dəstələri düzülüb.
Paraqraf.com
![]()
Visited 14 times, 1 visit(s) today
