Rusiya ordusu Donetskə zərbələr endirib, ölən və yaralılar var
Ukraynanın Donetsk bölgəsində son 24 saat ərzində Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində bir nəfər ölüb, daha dörd sakin yaralanıb.
Paraqraf.com-un məlumatına görə, bu barədə Donetsk regional hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.
O, telegramda yazıb: “Rusiya hərbi qüvvələrinin hərəkətləri nəticəsində Donbasın bir sakini Drujkovkada həlak olub. Son 24 saat ərzində bölgədə daha dörd nəfər yaralanıb”.
Paraqraf.com
![]()