Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 21
  • Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib

Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib

admin 21 Dekabr 2025 6 minutes read
599267804_1195268609482124_129121791528205960_n
PAYLAŞIN:

20 dekabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib. Yığıncaqda İcmanın İdarə Heyətinin, şuralarının sədrləri və üzvləri, Qərbi Azərbaycan üzrə icma sədrləri və İcmanın ölkə üzrə nümayəndələri iştirak ediblər.

Ümumi Yığıncaqda məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, professor Ədalət Vəliyev ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi protokola daxil edilən Qərbi Azərbaycan məsələsinin Prezident İlham Əliyevin qətiyyəti nəticəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini qeyd edib. Administrasiya rəsmisi 2022-ci il 24 dekabr tarixində Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının binasında Qərbi Azərbaycan əsilli ziyalıların bir qrupu ilə görüşünün tarixi hadisə olduğunu və bu görüşün Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə öz doğma torpaqlarına qayıtmaq inamını daha da möhkəmləndirdiyini bildirib. Prezident İlham Əliyevin cari ildə müxtəlif platformalarda 9 dəfə Qərbi Azərbaycan məsələsinə xüsusi diqqət ayırmasını, eləcə də noyabr ayında AMEA-nın 80 illik yubileyi çərçivəsində ziyalılar qarşısında çıxışı zamanı səsləndirdiyi fikirlərin Qərbi Azərbaycan məsələsi ilə bağlı yeni mərhələnin başlanğıcı olduğunu ifadə edib. Ə.Vəliyev Prezident İlham Əliyevin tapşırığı ilə Qərbi Azərbaycan İcması tərəfindən qəbul edilən Qərbi Azərbaycana sülhsevər qayıdışın konseptual əsası olan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının İcmanın fəaliyyətinin əsasını təşkil etdiyini, bu konsepsiyaya uyğun olaraq ölkə daxilində və xaricdə genişmiqyaslı işlər görüldüyünü ifadə edib.

Yığıncaqda İcmanın bir illik fəaliyyəti ilə bağlı hesabat xarakterli çıxış edən İdarə Heyətinin sədri Əziz Ələkbərov İcmanın 2025-ci il üzrə fəaliyyətinə dair hesabat təqdim edib, görülmüş işlər, həyata keçirilmiş beynəlxalq təşəbbüslər, bütün ölkə ərazisində İcmanın keçirdiyi tədbirlər, müxtəlif platformalarda aparılan maarifləndirici fəaliyyət barədə ətraflı məlumat verib. Ə.Ələkbərov bildirib ki, qarşıdakı mərhələdə İcmanın əsas məqsədi Qərbi azərbaycanlıların qayıdış hüququnun beynəlxalq səviyyədə tanıdılması, bu hüququn müdafiəsi istiqamətində institusional fəaliyyətin daha da gücləndirilməsidir. Sədr bundan sonra da soydaşlarımızın təməl hüquqlarının təmin olunması istiqamətində fəaliyyətlərini daha da genişləndirəcəyini bildirib, bu işdə İcmanın fəaliyyətinə dəstək olan bütün əlaqədar təşkilatlara təşəkkürünü bildirib.

Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov İcmanın maliyyə hesabatı ilə bağlı çıxış edərək vəsaitlərin şəffaf və məqsədyönlü şəkildə idarə olunduğunu, maliyyə və kargüzarlıq fəaliyyətinin hesabat dövrü ərzində Nizamnamənin tələblərinə uyğun həyata keçirildiyini diqqətə çatdırıb.

Müşahidə Şurasının sədri, professor Misir Mərdanov İcmanın fəaliyyətində ictimai nəzarətin əhəmiyyətini vurğulayaraq, qərarların qəbulunda kollegiallıq və şəffaflıq prinsiplərinin qorunmasının vacibliyini qeyd edib.

Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov Qərbi Azərbaycan məsələsinin tarixi yaddaş və milli kimlik baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib, bu məsələnin cəmiyyətin bütün təbəqələrinin birgə səyi ilə daim gündəmdə saxlanılmasının əhəmiyyətini vurğulayıb.

Ziyalılar Şurasının sədr müavini, professor Fərrux Rüstəmov Qərbi Azərbaycan həqiqətlərinin elmi əsaslarla beynəlxalq ictimaiyyətə çatdırılmasının zəruriliyini qeyd edərək, bu istiqamətdə aparılan tədqiqatlar və nəşrlər barəsində danışıb.

Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı Qərbi Azərbaycan məsələsində qadınların fəal iştirakının əhəmiyyətini önə çəkib, humanitar fəaliyyətlər və sosial təşəbbüslər çərçivəsində Qadınlar Şurasının gördüyü işlərdən bəhs edib.

Gənclər Şurasının sədri Şahin İsmayılov isə gənclərin Qərbi Azərbaycan məsələsində fəal mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayaraq, yerli və beynəlxalq platformalarda gənclərin iştirakı ilə həyata keçirilən Qərbi Azərbaycanla bağlı maarifləndirmə tədbirləri haqqında məlumat verib.

Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təltif edilən, həmçinin bu il yubiley yaşları tamam olan bir qrup İcma üzvünə hədiyyələr təqdim olunub.

Qeyd edək ki, İcmanın Nizamnaməsinə uyğun olaraq hər il keçirilən Ümumi Yığıncağın məqsədi təşkilatın illik fəaliyyətinin qiymətləndirilməsi, görülmüş işlərə dair hesabatların dinlənilməsi, o cümlədən, növbəti ildə qarşıda duran prioritetlərin müəyyən edilməsidir.

yazı görseli olabilir

kürsü ve yazı görseli olabilir

Возможно, это изображение помост и текст

kürsü ve yazı görseli olabilir

kürsü ve yazı görseli olabilir

Paraqraf.com

Loading

Visited 50 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Suriyada İŞİD qruplaşmasının terrorçuları saxlanılıb
Next: “Bir kənd, bir tarix, bir yaddaş: Çaykənd Qadınlar Şurasının tədbiri baş tutdu”

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.