Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 21
  • Azərbaycanda növbəti Uşaq Paralimpiya Oyunları keçirilib

Azərbaycanda növbəti Uşaq Paralimpiya Oyunları keçirilib

admin 21 Dekabr 2025 2 minutes read
aZi0rycXtmkqlpsA3Ll0JoEecBZjIXxNIxo01nS9_825
PAYLAŞIN:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində növbəti Uşaq Paralimpiya Oyunları keçirilib.

Paraqraf.com xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Azərbaycan Deflimpiya Komitəsinin prezidenti Anar Bayramov, İdman Akademiyasının rektoru Fuad Hacıyev, ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Turnirdə 130 uşaq paralimpiyaçı gücünü sınayıb. Onlar 8 idman növü (paracüdo, parastolüstü tennis, parataekvondo, paraüzgüçülük, parapauerliftinq, parabadminton, parakamandan oxatma, boccia) üzrə müxtəlif kateqoriyalarda mübarizə aparıblar. Budəfəki Uşaq Paralimpiya Oyunları əvvəlki Oyunlara nisbətən daha çox olmaqla 8 idman növündə keçirilib.

Sonda qaliblərin mükafatlandırma mərasimi olub. Həmçinin yarışda iştirak edən digər paralimpiyaçı uşaqlara sertifikat və hədiyyələr təqdim edilib.

Paraqraf.com 

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibinin futbolçusu zədələnib
Next: London klubu antirekorda imza atıb

OXŞAR MÖVZULAR

eb802d95-d8d6-377f-a642-56f178998289_1200

Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib

admin 24 Aprel 2026
7UbeihsOD7Zu9dbczn4q648QP7FYQhEenSuA1ans_1200

Avropa çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb

admin 24 Aprel 2026
E7rZM6CJm3O4f1R2yKqdq9QXINAOdOD6Sb6n0Mni_1200 (1)

“Qarabağ”ın 9 oyunluq “Sabah” sindromu: Mircavadov Bakı klubunun yüksəlişini sevindirici hal sayır

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib iqdTQ73yw3vMrdZsKsC8AvhGJJez5mRs4urkOuHa_1200

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

24 Aprel 2026
Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib eb802d95-d8d6-377f-a642-56f178998289_1200

Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib

24 Aprel 2026
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib cY7U9VOGi3Qpu2jq0pjh9M2J2HnrRej2dpm17OTO_1200

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

24 Aprel 2026
Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub ZZZ996h8jGTZwXo6wZCgl2oGUIChmjskhzq20zxs_1200

Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub

24 Aprel 2026
Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır PSie4IoDPPbOdlJGWzexR8neGfBjcyfEeIS1IbIz_1200

Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır

24 Aprel 2026
Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb fxlFyRewGbdWxqy2mbtO1EPbISkwX0WIGIp33V0o_1200

Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.