Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Evin içindəki problemi görmədən qonşunu tənqid etmək olmaz. Əmrah Həsənlidən DİM-in rəhbərliyinə etiraz
ELM VƏ TƏHSİLMANŞET

Evin içindəki problemi görmədən qonşunu tənqid etmək olmaz. Əmrah Həsənlidən DİM-in rəhbərliyinə etiraz

20 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbərliyinin son müsahibəsində təhsil ekspertlərinin biznes fəaliyyəti ilə bağlı səsləndirilən fikirlər ictimai müzakirələrə səbəb olub.

Paraqraf.com xəbər verir ki, bu mövzuya münasibət bildirən təhsil eksperti və Təhsil İşçilərinin Həmrəylik Alyansının sədri Əmrah Həsənli diqqətin əsas problemdən yayındırıldığını deyib.

Onun sözlərinə görə, problem ekspertlərin bizneslə məşğul olmasında deyil, DİM-in öz daxilində fəaliyyət göstərmiş və hazırda “marker” adı altında repetitorluq edən şəxslərin cəmiyyətə açıq-aşkar yanlış və təhlükəli vədlər verməsindədir. Bildirilir ki, adi repetitor xidmətlərinin aylıq qiyməti 50–100 manat olduğu halda, bu şəxslər 300–500 manat tələb edir və bunu “imtahan suallarının hazırlanmasında iştirak” və “qəbula 100 faiz zəmanət” kimi iddialarla əsaslandırırlar.

Ə.Həsənli bu halları biznes deyil, manipulyasiya adlandıraraq bildirib ki, məsələ ilə bağlı DİM-də keçirilən iclasların birində şəxsən çıxış edib və tədbir görülməsinin vacibliyini vurğulayıb. Onun iddiasına görə, buna cavab olaraq “işimizin çoxluğu” səbəb göstərilib və problem diqqətdən kənarda qalıb.

Ekspert hesab edir ki, əgər sistemdən çıxmış və bir vaxtlar sertifikat almış şəxslər bu gün həmin statusdan sui-istifadə edirsə, buna susmaq olmaz. O vurğulayıb ki, ekspert anlayışı yalnız uzun illər fəaliyyət göstərmək deyil, cəmiyyətin güvəndiyi və məsuliyyətli mövqe ortaya qoyan şəxsləri ifadə etməlidir.

“Əgər problem varsa, əvvəl evin içindən başlamaq lazımdır, sonra kənardakıları tənqid etmək olar”, – deyə Ə.Həsənli qeyd edib.

Məsələ ilə bağlı DİM-dən hələlik rəsmi münasibət açıqlanmayıb.

H.Məmmədov

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bir ölkə, iki sistem: Makaonun 400 illik idarəçilikdən sonra Çinə qayıdışı

Next

“Qərbi Azərbaycan Kuboku”nun qalibi “Loru” komandası ilə görüş keçirildi

Copyright 2026— Praqraf.com. All rights reserved