ABŞ Prezidenti Donald Tramp 2026-cı il üçün nəzərdə tutulan və ümumi dəyəri 901 milyard dollar olan Milli Müdafiə Səlahiyyəti Aktını (NDAA) imzalayıb. Qanun layihəsi 2019-cu ildən etibarən Suriyaya qarşı tətbiq olunan sərt iqtisadi sanksiyaları nəzərdə tutan Sezar Suriya Mülki Müdafiə Aktının ləğvini də əhatə edir. Bununla da ABŞ-nin Suriyaya qarşı sanksiyaları rəsmən aradan qaldırılıb.
Paraqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Prezident Tramp sənədi Ağ Evdə qapalı keçirilən mərasim zamanı imzalayıb.
901 milyard dollarlıq müdafiə büdcəsini əhatə edən qanun layihəsində Suriyaya qarşı sanksiyaların hüquqi əsasını təşkil edən Sezar Aktının ləğvi də yer alıb. Trampın imzasından sonra bu sanksiyalar rəsmi olaraq qüvvədən düşüb.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
