Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 19
  • Səudiyyə Ərəbistanı və ABŞ Sudana sülh planı təqdim edib

Səudiyyə Ərəbistanı və ABŞ Sudana sülh planı təqdim edib

admin 19 Dekabr 2025 2 minutes read
wWGFNbRzF5MNUbsIPNfeAL0o3XHxqLVFn39TaFnY_825
PAYLAŞIN:

Vaşinqton və Ər-Riyad Sudanla bağlı sülh planını bu ölkənin Silahlı Qüvvələrinin baş komandanı Əbdül Fəttah əl-Burhana təqdim ediblər.

Paraqraf.com xəbər verir ki, bu barədə “Sudan Tribune” məlumat yayıb.

“Səudiyyə Ərəbistan və ABŞ Sudan ordusunun baş komandanına müharibənin dayandırılması, humanitar yardımın çatdırılmasına kömək və hakimiyyətin mülki şəxslərə ötürülməsinə yönəlmiş üç maddəlik plan təqdim ediblər”, – qəzetin mənbələri bildirib.

Məlumata görə, təklif münaqişənin ilk həftələrində atəşkəsin əldə edilməsi və mülki əhalinin müdafiəsi haqqında sazişin bağlanması məqsədilə Ciddədə başladılmış Səudiyyə-ABŞ təşəbbüsünə əsaslanır.

Xatırladaq ki, Əl-Burhan bu həftə Ər-Riyadda Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla danışıqlar aparıb, daha sonra isə ABŞ Prezidenti Donald Trampın Afrika üzrə məsləhətçisi Massad Bulos ilə görüşüb.

Nəşrin məlumatlarına görə, “ABŞ administrasiyası xüsusilə Darfur və Kordofanda ağırlaşan humanitar böhranı nəzərə alaraq, hər hansı bir tərəf humanitar atəşkəsi və atəşin dayandırılmasını rədd edərsə, alternativ variantları və təzyiq tədbirlərini nəzərdən keçirə bilər”.

Sudanda ölkənin silahlı qüvvələri ilə ÇDQ (“Çevik Dəstək Qüvvələri”) arasında münaqişə 2023-cü il aprelin 15-dən davam edir. Döyüş əməliyyatları nəticəsində ən azı 150 min insan həlak olub. 14 milyondan çox insan evlərini tərk edib. Hazırda hərbi qüvvələr Sudanın şimal və şərq hissələrini, o cümlədən düşməndən xilas olunan Xartumu nəzarətdə saxlayır, ÇDQ isə ölkənin cənubunu və Darfur bölgəsini nəzarətdə saxlayır. ÇDQ Darfurdan şərq və cənub istiqamətində hücum edir, Kordofan bölgəsində döyüşlər davam edir.

Paraqraf.com 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Rusiya və Ukrayna arasında hərbçilərin meyitlərinin mübadiləsi olub
Next: Azərbaycan Basketbol Liqası: X turda daha iki görüş baş tutacaq

OXŞAR MÖVZULAR

PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

admin 07 Mart 2026
EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

admin 07 Mart 2026
2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.