Abşeron rayonu, Saray qəsəbəsi, general Məhəmməd Əsədov küçəsində yerləşən piyada zolağının nişanlanma xətlərinin rəngi solub. Nəticədə piyadalar yolu keçməkdə çətinlik çəkir, bəzi hallarda isə avtomobillər piyada zolağında dayanmayaraq hərəkəti davam etdirir.
Sakinlərin sözlərinə görə, mövcud vəziyyət yol-nəqliyyat hadisəsi riskini artırır və xüsusilə yaşlılar və uşaqlar üçün təhlükə yaradır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Paraqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, silinmiş nişanlanma xətlərinin bərpası mərhələli şəkildə həyata keçirilir.
Qurumdan qeyd olunub ki, görüləcək işlər çərçivəsində Saray qəsəbəsi, general Məhəmməd Əsədov küçəsində yerləşən piyada zolağında da nişanlanma xətlərinin yenilənməsi nəzərdə tutulub.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
