Avropa İttifaqı (Aİ) liderləri dünən Brüsseldə keçirilən sammitdə Ukraynaya dondurulmuş Rusiya aktivlərindən istifadə etmək əvəzinə, birgə kredit vasitəsilə 90 milyard avro ayırmaq barədə razılığa gəliblər.
Paraqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın gələcək iki il üçün maliyyələşdirilməsi ilə bağlı bir həll tapmadan AB sammitini tərk etməyəcəklərini vəd edən liderlər dünən başlayan və gecəyə qədər davam edən danışıqlardan sonra razılığa gəliblər.
Aİ liderləri Ukraynanın maliyyə ehtiyaclarının Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməklə deyil, 90 milyard avroluq birgə kredit vasitəsilə ödəniləcəyi barədə razılığa gəliblər.
Sammitdən sonra Aİ Şurasının sədri Kosta, Aİ Komissiyasının sədri Ursula fon der Leyen və hazırda Aİ sədrliyinin sahibi Danimarkanın baş naziri Mette Frederiksen birgə mətbuat konfransı keçiriblər.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
