Novxanı–Pirşağı ərazisində piyada keçidinin inşası ilə bağlı layihə təsdiqlənsə də, tikinti işləri uzun müddətdir yekunlaşmır. Yay aylarında başlanılan inşaat prosesi hələ də tamamlanmayıb. Bildirilir ki, tikintidə çalışan işçilər də əməkhaqqılarını vaxtında ala bilmirlər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli “Paraqraf.com”-a bildirib ki, sözügedən piyada keçidi Novxanı-Pirşağı-Xırdalan-M4 layihəsi çərçivəsində inşa olunur:

“Bu keçiddən əlavə həmin ərazidə bir neçə keçidin də inşası həyata keçirilir. Bu işlər layihə üzrə icra olunur. Tərtib olunan qrafiklə orada hər hansı ləngimə işləri yoxdur. Layihə üzrə icra olduğuna görə, layihə üzrə də tərtib olunan qrafikə uyğun bitməsi nəzərdə tutulub”.
Anar Nəcəfli qeyd edib ki, Novxanı-Pirşağı-Xırdalan-M4 layihəsi Bakı şəhərində və ətraf ərazilərdə nəqiliyyat infrastruktrunun təkminləşdirilməsinə dair dövlət proqramına uyğun olaraq inşa edilir.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
