Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Şagirdlər üçün praktik və təcrübə dərslərinin əhəmiyyəti
MANŞETÖZƏL

Şagirdlər üçün praktik və təcrübə dərslərinin əhəmiyyəti

18 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Praktik və təcrübə dərsləri şagirdlərin inkişafı üçün son dərəcə vacibdir. Bu dərslər yalnız nəzəri bilik əldə etməyə deyil, həmin bilikləri real mühitdə tətbiq etməyə imkan verir və öyrənməyə qarşı güclü stimul yaradır.

Mən şagirdlərin praktik dərslərdə böyük həvəslə iştirak etdiklərini müşahidə etmişəm. Müəllimlər dərsləri mərhələli şəkildə izah edir və tətbiqi formada öyrədirlər. Şagirdlər öyrəndiklərini praktikada tətbiq etdikcə, dərsin nəzəri hissəsi də daha yaxşı yadda qalır. Praktik fəaliyyət onların düşüncə qabiliyyətini inkişaf etdirir, yeni ideyalar və yaradıcı fikirlər formalaşdırır.

Təcrübə səfərləri zamanı şagirdlər iş mühitini yaxından görür, müəssisələrin inkişaf prosesini izləyirlər. İşin praktik tərəflərini nümayiş etdirən mütəxəssislər şagirdlərin peşəyə bağlılığını artırır və gələcək planlarını aydınlaşdırır.

Xüsusilə 10–11-ci siniflərdə və peşə təmayüllü siniflərdə praktik və təcrübə dərslərinin rolu böyükdür. Bu yaş mərhələsində təcrübələr şagirdlərin dünyagörüşünü genişləndirir, onları məsuliyyətli və məqsədyönlü edir. Şagirdlər öz peşələrinə sevgi ilə yanaşmağa başlayır.

Təcrübə səfərlərinin ayda ən azı bir dəfə keçirilməsi və yalnız peşə fənləri ilə məhdudlaşmayaraq tarix, riyaziyyat, fizika, coğrafiya kimi fənlərə də tətbiq olunması faydalıdır. Praktikaya üstünlük verilən tədris prosesi şagirdlərin mövzunu daha tez qavramasına, işlərini daha mükəmməl yerinə yetirməsinə və əzbərçiliyə meyl etməməsinə imkan yaradır.

Yalnız nəzəri dərslərə yönələn şagirdlər imtahanlarda yüksək nəticə əldə edə bilsələr də, praktiki bacarıqlarda çətinlik çəkirlər. Real işi yerinə yetirərkən və ya başqalarına izah edərkən tərəddüd yaşayırlar.

Praktik dərslərin, təcrübə səfərlərinin, qrup işlərinin və birgə fəaliyyətlərin sayı artırılmalıdır. Hər bir şagirdin ideyası dinlənilməli, fikirləri qeyd olunmalı və qrup şəklində müzakirə edilməlidir. Bəlkə də bir şagirdin irəli sürdüyü fikir cəmiyyət üçün faydalı olar, yeni texnologiya və ya düşüncə tərzi formalaşar. Bunun üçün ilk növbədə şagirdləri təcrübə səfərlərinə aparmaq vacibdir. Yeni ideya və baxış məhz həmin təcrübələrdən sonra yaranır.

Mən bunun canlı şahidi olmuşam. Təcrübə dərsləri şagirdlərin marağını artırır, dünyagörüşünü genişləndirir və inkişafına müsbət təsir göstərir.

Gəlin, evdə də uşaqları dinləməyi bacaraq, onların yeni fikirlərini dəstəkləyək. Bir gəncin inkişafı yüzlərlə gəncin inkişafı deməkdir. Bir şagird inkişaf edərsə, öyrəndiklərini gələcəkdə yüzlərlə insana ötürə bilər.

 

Elçin Ağasıyev

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yeni il paketlərinin qiymət sirri: “Xidmət mi, yoxsa bazar qanunu?”

Next

Auditorlar Palatasının kollektivi Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş sərgidə iştirak edib

Copyright 2026— Praqraf.com. All rights reserved