Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 18
  • “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin 10 illiyi qeyd olunub

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin 10 illiyi qeyd olunub

admin 18 Dekabr 2025 2 minutes read
download_20251218_151627
PAYLAŞIN:

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin yaradılmasının 10 illiyi münasibətilə “10 il birlikdə” adlı yubiley tədbiri keçirilib.

Paraqraf.com xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyi, Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə təşkil olunub.

Yubiley tədbirində dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ali və orta ixtisas təhsil müəssisələrinin nümayəndələri, gənclər və könüllülər iştirak ediblər.

Tədbirin rəsmi hissəsində çıxış edənlər könüllülük fəaliyyətinin gənclərin ictimai fəallığının artırılmasında, sosial məsuliyyət dəyərlərinin təşviqində və vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Çıxışlar zamanı dövlət–QHT əməkdaşlığının əhəmiyyəti, gənclərin potensialının düzgün istiqamətləndirilməsi və könüllülük hərəkatının davamlı inkişaf perspektivləri xüsusi qeyd olunub.

Tədbir çərçivəsində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin son 10 il ərzində həyata keçirdiyi fəaliyyətlərə dair geniş statistik təqdimat nümayiş etdirilib.

Bildirilib ki, təşkilat bu müddət ərzində 26 ali təhsil müəssisəsi və 18 orta ixtisas təhsili müəssisəsini əhatə edən şəbəkə formalaşdırıb, 8 şəhər üzrə 800-dən çox layihə və tədbir həyata keçirib, ümumilikdə 338 min 896 könüllü saatı qeydə alıb. Təqdim olunan göstəricilər təşkilatın institusional inkişafını və könüllülük sahəsində əldə etdiyi davamlı nəticələri əks etdirib.

Tədbirin yekununda “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin fəaliyyətində aktivliyi və təşəbbüskarlığı ilə fərqlənmiş 30 gənc könüllü mükafatlandırılıb.

Paraqraf.com 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Təhsilin İnkişafı Fonduna yeni sədr təyin olunub
Next: Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin olunub

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-05 at 23.25.50

Müəllimlik bitərsə, kainat bir heç olar.

admin 06 Mart 2026
KoatlgIQPOUwnsSbjHkzTAVYS639K8cRHitirXIS_1200

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

admin 05 Mart 2026
cBZDMTXUFVtnbyhDXf4WRJzwTFY2B9ubqdkiXMX5_1200

Emin Əmrullayev məktəb direktorlarına tədrisin keyfiyyətinin yüksəldilməsini tövsiyə edib

admin 04 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.