Azərbaycan və Belarus 2025-ci ildə strateji tərəfdaşlığı möhkəmləndirib.
Paraqraf.com-un məlumatına görə, bu barədə Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.
“Beynəlxalq siyasətin turbulentliyinə baxmayaraq, Belarus və Azərbaycanın strateji tərəfdaşlığı yalnız möhkəmlənib”, – o vurğulayıb.
D.Pineviç qeyd edib ki, buna idarələrarası bağlantı, o cümlədən Xarici İşlər nazirlikləri xətti ilə əlaqələr, həmçinin beynəlxalq platformalarda qarşılıqlı dəstək təsir göstərir ki, bunlardan biri də Qoşulmama Hərəkatıdır.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
