Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 18
  • Bayram depressiyası: İnsanlar bayramları niyə xoşbəxt qarşılamır? – AÇIQLAMA

Bayram depressiyası: İnsanlar bayramları niyə xoşbəxt qarşılamır? – AÇIQLAMA

admin 18 Dekabr 2025 2 minutes read
Изображение WhatsApp 2025-12-18 в 15.01.39_4162082e
PAYLAŞIN:

Bəzi insanlar bayramları, xüsusilə də Yeni ili xoşbəxt emosiyalarla qarşılamırlar. Adətən Yeni il sevinc, ümid və yeni başlanğıclarla assosiasiya olunsa da, hər kəs üçün bu dövr eyni hisslərlə müşayiət olunmur. Bəziləri Yeni il gecəsini depressiv əhval-ruhiyyədə keçirir.

Psixoloq Zəhra Quliyeva Paraqraf.com-a açıqlamasında bildirib ki, Yeni il insanlar üçün adətən yeni başlanğıclar, ümidlər və məqsədlərlə əlaqələndirilir və bu dövrdə ötən ilin xoş və çətin anları tez-tez xatırlanaraq təhlil edilir:

“Lakin bu, hər kəs üçün eyni təsiri yaratmır. İnsanlar emosional vəziyyətlərini fərqli yaşayırlar. Bu isə həm xarakter xüsusiyyətləri, həm emosional durum, həm də maddi vəziyyətlə birbaşa bağlıdır”.

Psixoloq bayramların xoşbəxt qarşılanmamasında iqtisadi amillərin də mühüm rol oynadığını qeyd edib:

“İqtisadi və sosial səbəblər bir-biri ilə sıx bağlıdır. Maddi çətinliklər, ailə xərclərinin artması, maliyyə gözləntilərinin qarşılanmaması, borclar, qeyri-sabit gəlir, işsizlik, yetərsizlik və utanc hissi insanların bayram əhval-ruhiyyəsinə mənfi təsir göstərə bilər”.

Zəhra Quliyeva sosial faktorların da bayram depressiyasını gücləndirdiyini vurğulayıb:

“Sosial səbəblər şən məclislər daha çox paylaşırlar, yalnız olan insanlar depressiv olur, itkilər xatırlanır, sosial təzyiqlər və.s təsir edir. Ən önəmlisi bunu qəbul etmək lazımdır ki, Yeni ili hər bir insan fərqli hisslərlə keçirə bilər. Hərkəs eyni xarakterdə deyil və hərkəs eyni yaşanmışlıqları yaşamır. Buna görə də özünüzü kimlərləsə müqayisə etməyin”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 31 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: DİM: “Hər kəsin bərabər şərtlər altında imtahanlarda iştirakı əsas məqsəddir”
Next: Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor TƏYİN OLUNDU

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.