Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 18
  • AzMİU kollektivi Prezident İlham Əliyevə müraciət ünvanlayıb

AzMİU kollektivi Prezident İlham Əliyevə müraciət ünvanlayıb

admin 18 Dekabr 2025 5 minutes read
download_20251218_165353
PAYLAŞIN:

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rəhbər və pedaqoji heyəti Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Paraqraf.com xəbər verir ki, müraciətin mətni universitetin yaradılmasının 50 illik yubileyi münasibətilə təşkil edilən təntənəli tədbirdə səsləndirilib.

Müraciətdə qeyd olunub ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi və Azərbaycanda memarlıq və inşaat ali təhsilinin 105 illiyinin təntənəli qeyd olunması ölkəmizdə memarlıq və inşaat təhsilinin inkişafına olan dövlət qayğısının, milli mühəndislik məktəbinin formalaşmasına göstərilən xüsusi diqqətin göstəricisidir:

“Sizin rəhbərliyiniz altında yeni çağırışlara uyğun həyata keçirilən müasir, güclü Azərbaycan quruculuğu siyasəti nəticəsində ölkəmiz regionun aparıcı və nüfuzlu dövlətlərindən birinə, beynəlxalq miqyasda etibarlı tərəfdaş və bərabərhüquqlu subyektə çevrilmişdir. Son illərdə həyata keçirilən institusional islahatlar, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, regionların kompleks tərəqqisi, rəqəmsal transformasiya və innovasiya yönümlü inkişaf strategiyası ölkəmizin uzunmüddətli dayanıqlı inkişafını təmin etmişdir.

Sizin uzaqgörən siyasətiniz və Ali Baş Komandanlığınızla ərazi bütövlüyümüzün, həmçinin suverenliyimizin bərpası Azərbaycanın hərtərəfli inkişaf dinamikasını daha da sürətləndirmişdir. Xüsusilə qeyd etmək istərdik ki, son onillikdə təhsil sahəsində aparılan islahatlar ali təhsilin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə imkan yaratmışdır. Təhsilin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi, universitet-sənaye əməkdaşlığının genişləndirilməsi, rəqəmsal tədris modellərinin yaradılması, Sizin insan kapitalının inkişafına yönəlmiş məqsədyönlü siyasətinizin real nəticələridir.

Bu gün Sizin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkədə təhsilin inkişafına göstərilən ardıcıl, məqsədyönlü və sistemli dövlət dəstəyi xüsusi qeyd olunmalıdır. İnsan potensialının inkişafına xidmət edən bu humanitar siyasət nəticəsində gənclərin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi, müasir dünyagörüşünün təşviqi istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, təhsilin maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirilmiş, innovativ və rəqəmsal təhsil mühitinin formalaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

1975-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə varisi olduğumuz Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun yaradılması ölkənin memarlıq, tikinti və mühəndislik sahələrində yüksəkixtisaslı kadrlarla təmin olunması baxımından strateji əhəmiyyət daşıyan tarixi qərar idi. Bu gün Azərbaycan Memarlıq və İnşaat Universiteti həmin varisliyi qoruyaraq müasir dövrün tələblərinə cavab verən, innovativ düşüncəli, rəqabətqabiliyyətli mütəxəssislər hazırlamaq məqsədilə yenilənir və inkişaf edir.

Qürur hissi ilə qeyd edirik ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa layihələrində, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərində universitetimizin məzunları aparıcı memarlar, mühəndislər və iş icraçıları kimi iştirak edirlər.

Möhtərəm cənab Prezident!

Sizin rəhbərliyinizlə uğurla həyata keçirilən daxili və xarici siyasət, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, suveren Azərbaycanın davamlı inkişaf strategiyası kollektivimizi ilhamlandırır və yeni naliyyətlərə sövq edir. Sizi əmin edirik ki, Azərbaycan Memarlıq və İnşaat Universiteti qarşıya qoyulan vəzifələrin icrası, milli təhsilimizin inkişafı, müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və qarşıda duran böyük məqsədlər naminə bütün imkanlarını səfərbər edəcək”.

Müraciət Azərbaycan Memarlıq və İnşaat Universitetinin 50 illiyi və Azərbaycanda memarlıq və inşaat ali təhsilinin 105 illik yubileyinə həsr olunmuş yığıncaqda qəbul edilib.

Paraqraf.com 

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Zelenski: “Növbə Avropa ölkələrinə çatacaq”
Next: AzMİU-nun 50 illik yubileyi qeyd olunub

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-05 at 23.25.50

Müəllimlik bitərsə, kainat bir heç olar.

admin 06 Mart 2026
KoatlgIQPOUwnsSbjHkzTAVYS639K8cRHitirXIS_1200

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

admin 05 Mart 2026
cBZDMTXUFVtnbyhDXf4WRJzwTFY2B9ubqdkiXMX5_1200

Emin Əmrullayev məktəb direktorlarına tədrisin keyfiyyətinin yüksəldilməsini tövsiyə edib

admin 04 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.