Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 18
  • Azərbaycanın Keniyadakı səfiri “Spice FM” radio kanalında Bakıda keçiriləcək WUF13 barədə məlumat verib

Azərbaycanın Keniyadakı səfiri “Spice FM” radio kanalında Bakıda keçiriləcək WUF13 barədə məlumat verib

admin 18 Dekabr 2025 3 minutes read
DgwxvZMmusUVSDyFYY2fobfcOYXpX4d2xDsnHfb2_825
PAYLAŞIN:

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin tanınmış “Spice FM” radio kanalının “Kenya’s Biggest Conversation” adlı canlı yayımlanan verilişinin qonağı olub.

Paraqraf.com-a səfirlikdən verilən məlumata əsasən, aparıcının suallarına cavab olaraq Sultan Hacıyev ötən həftə Keniyada baş tutan BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasının nəticələri, Azərbaycanın BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrliyi çərçivəsində görülən işlər barədə danışıb.

O, dünyada cərəyan edən mürəkkəb proseslər fonunda BMT-nin Nayrobidəki bölməsinin və üzv ölkələrin, o cümlədən Azərbaycanın qlobal iqlim fəaliyyətinə müsbət və konstruktiv töhfə vermək səylərini qeyd edib.

BMT sisteminin qarşılaşdığı çətinliklərin önlənməsində islahatlar aparılmasının zəruriliyini önə çıxarıb.

Səfir Azərbaycanın COP29-a ev sahibliyi, qlobal şəhərsalma çempionu olaraq qəbul edilən Azərbaycanın gələn il WUF13-ə və WED2026-a ev sahibliyi etməsi ilə Azərbaycanın dayanıqlı şəhərsalma və iqlim sahəsində lider fəaliyyətini vurğulayıb.

S.Hacıyev Azərbaycan və Keniya arasında münasibətlərin dinamik inkişafından, çoxtərəfli platformalarda həmrəyliyindən söhbət açıb. Hər iki ölkənin yerləşdiyi bölgələrdə sülh və inkişaf naminə regional fəaliyyətini diqqətə çatdırıb.

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində keniyalı gənclərə verilən təhsil təqaüdlərinin, Heydər Əliyev Fondunun və Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin Keniyadakı məktəb və xəstəxanalara humanitar yardımlar göstərməsinin xalqların dostluq münasibətlərinin möhkəmləndirilməsinə böyük təsir etdiyi səsləndirilib.

Qeyd edək ki, adıçəkilən kanalın “YouTube” hesabında 200 mindən çox izləyici var. Verilişə əsasən ölkənin ictimai-siyasi xadimləri, millət vəkilləri, səfirlər dəvət olunur və ictimai-siyasi mövzular ətrafında müzakirələr aparılır.

Paraqraf.com 

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Belarus səfiri: Minsk və Bakı 2025-ci ildə strateji tərəfdaşlığı möhkəmləndirib
Next: Monteneqro XİN başçısı Azərbaycana səfər edəcək

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.