Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tramp Venesuela hakimiyyətini terror təşkilatı kimi tanıyıb
DÜNYA

Tramp Venesuela hakimiyyətini terror təşkilatı kimi tanıyıb

17 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

ABŞ Venesuela hakimiyyətini xarici terror təşkilatı kimi tanıyıb.

Paraqraf.com-un məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, Venesuela ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən “tamamilə mühasirəyə alınıb” və Karakas Vaşinqtondan “oğurlanmış” neft və aktivləri geri qaytarana qədər bu hərbi aktivlik artacaq.

“(Venesuela Prezidenti Nikolas) Maduronun qeyri-qanuni rejimi həmin oğurlanmış neft yataqlarından əldə edilən nefti özünü, narkoterrorizmi, insan alverini, qətlləri və adam oğurluqlarını maliyyələşdirmək üçün istifadə edir. Aktivlərimizi oğurladıqlarına görə və terrorizm, narkotik qaçaqmalçılığı və insan alveri də daxil olmaqla, bir çox digər səbəblərdən Venesuela rejimi xarici terror təşkilatı elan edilib”, – deyə Tramp vurğulayıb.

Ağ Ev rəhbəri bildirib ki, Venesuela limanlarına daxil olan və oradan çıxan bütün sanksiya tətbiq edilmiş neft tankerlərinə qarşı blokada tətbiq edir.

“Maduro rejiminin (ABŞ-ın keçmiş prezidenti Co) Baydenin zəif və səriştəsiz administrasiyası dövründə Birləşmiş Ştatlara göndərdiyi qeyri-qanuni miqrantlar və cinayətkarlar sürətlə Venesuelaya qaytarılır. Amerika cinayətkarların, terrorçuların və ya digər ölkələrin millətimizi qarət etməsinə, hədələməsinə və ya zərər verməsinə, eyni şəkildə, düşmən rejimin neftimizi, torpağımızı və ya hər hansı digər aktivlərimizi mənimsəməsinə imkan verməyəcək. Bunların hamısı dərhal Birləşmiş Ştatlara geri qaytarılmalıdır”, – deyə Tramp yekunlaşdırıb.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ bu ölkə vətəndaşlarının ölkəyə girişinə qadağa qoydu

Next

İstanbulda zəncirvari qəza baş verib, xəsarət alanlar var

Copyright 2026— Praqraf.com. All rights reserved