Sumqayıtda 16 yaşlı gənc bıçaqlanıb.
Paraqraf.com-un yerli bürosu məlumat verir ki, hadisə 16-cı mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şahmuradov Tunar Rəşad oğlu münaqişə zəminində bıçaq xəsarətləri alıb.
Polis əməkdaşları tərəfindən zərərçəkənin qonşusu, 2009-cu il təvəllüdlü Adıgözəlli Nicat Teymur oğlu şübhəli şəxs qismində saxlanılıb.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, saat 17:30 radələrindəTəcili Tibbi Yardım Xəstəxanasına 2009-cu il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub. Yuxarı ətraf qurşağının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Paraqraf.com
![]()
Visited 10 times, 1 visit(s) today
