“Sabah” basketbol komandası FIBA Çempionlar Liqasının qrup mərhələsində sonuncu matçını keçirib.
Paraqraf.com-un məlumatına görə, Almaniyanın paytaxtı Berlində “Alba” klubu ilə üz-üzə gələn Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 82:106 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.
Qeyd edək ki, “Sabah” B qrupunu 7 xalla sonuncu – dördüncü pillədə bitirib. “Alba” və Fransanın “Elan Şalon” kollektivləri hərəyə 11 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. “Sabah”la eyni xala malik Çexiyanın “Nimburk” komandası üçüncü olub.
Paraqraf.com
![]()
Visited 10 times, 1 visit(s) today
