Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 17
  • Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: Elektrik yuvalarının üstü açıq olub

Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: Elektrik yuvalarının üstü açıq olub

admin 17 Dekabr 2025 4 minutes read
download_20251217_172833
PAYLAŞIN:

Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məhkəmə istintaqı hakim heyətində dəyişiklik olduğu üçün yenilənib.

Paraqraf.com-un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi iclasda prosesin qalan yerdən davam etdirilməsi üçün tərəflərin fikirləri soruşulub.

Təqsirləndirilən şəxslərin vəkilləri bu vaxta kimi aparılan məhkəmə istintaqından tərkibə daxil olan iki hakimin də məlumatlarının olması üçün məhkəmə istintaqının yenidən başlamasını istəyiblər. Zərərçəkən tərəfdən bir neçə nəfər buna etiraz edib.

Hakim Leyla Əsgərova-Məmmədova deyib ki, tərkibə yeni daxil olan iki hakim cinayət işi ilə tanış olub. Hakim bu səbəbdən ittihamın nəticəvi hissəsinin elan edilməsi, sonra prosesin qaldığı yerdən davam etdirilməsi ilə bağlı qərar verib.

Belə ki, proses Şahid Təbriz Nəzirlinin ifadəsi ilə davam edib.

O deyib ki, Perinatal Mərkəzdə mühəndis işləyib. Şahid tibbi avadanlıqların quraşdırılması, onların təmiri ilə məşğul olduğunu bildirib.

“Mərkəzdə elektrik yuvalarının üstü açıq idi. Bu barədə elektrikə, eləcə də Mehriban xanımın özünə demişdim. Hadisədən 1 gün əvvəl də mərkəzdə idim. Hadisədən sonra cihazlara mütəxəssislər baxmışdılar. Həmin vaxt mən kənarda idim”, – şahid deyib.

Mehriban Abasquliyevanın vəkili şahidin yalan danışdığını və hadisədən bir gün qabaq orada olmadığını deyib.

Şahid Təbriz Nəzirli suallara cavab verərkən deyib ki, küvəzlərin sayı çoxaldıqca məcburiyyətdən uzadıcılardan da istifadə olunub. O, mərkəzdə uzadıcılardan istifadə etməməyi tövsiyə etdiyini deyib. Cavabında isə uzadıcılardan məcburiyyətdən istifadə etdiklərini deyiblər. Şahid bildirib ki, elektrik uzadıcılarından istifadə etməyin qadağan olunduğunu ona kimsə deməyib. Təbriz Nəzirli şəxsi bilikləri əsasında uzadıcıların istifadə edilməməsi qənaətinə gəlib. Şahid əlavə edib ki, bir neçə cihazı uzadıcı ilə birləşdirəndə uzadıcıda gərginlik artır. O qeyd edib ki, mərkəzdə baş verən yanğın bu səbəbdən də ola bilər.

Təqsirləndirilən şəxslərdən birinin vəkili şahidin ifadəsinə münasibət bildirərkən deyib ki, yanğının uzadıcıda yox, aparatda baş verdiyi videogörüntüdə aydın müşahidə olunur.

Növbəti iclas yanvarın 7-nə təyin edilib.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yeni doğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Paraqraf.com

Loading

Visited 8 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Mütəşəkkil dəstə üzvlərindən 47 kq narkotik vasitə aşkarlanıb
Next: Əmrah Həsənli: “Təhsilin keyfiyyəti yalnız müəllimdən asılı deyil”

OXŞAR MÖVZULAR

w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

admin 07 Mart 2026
df9cihAyFKO79jIq6ujcoT9exrI5aee85mkdloWh_1200

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

admin 07 Mart 2026
0qNeEe55S8uSrzyl5xBcFL9k0Be2Baaha5IDwnAk_1200

Salyanda 63 yaşlı kişidən avtomat və narkotik götürülüb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.