2016–2024-cü illərdə energetika sektorunda əsas göstəricilər üzrə artım qeydə alınıb. Energetika obyektlərinin və ya istehsal güclərinin sayı 362-dən 507-yə yüksəlib.
Paraqraf.com-un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatlarına əsasən, sahəyə yönəldilən investisiyaların həcmi illər üzrə dəyişkən olub. 2016-cı ildə 25,4 milyard manat təşkil edən investisiyalar 2022-ci ildə 71,7 milyard manata çatıb, 2024-cü ildə isə 48,9 milyard manat səviyyəsində qeydə alınıb.
Enerji istehsalı indeksləri əsasən sabit qalıb və 2016–2024-cü illər ərzində 100 ətrafında dəyişib.
Enerji istehlakı artmaqda davam edib. 2016-cı ildə 1 808 vahid olan istehlak həcmi 2024-cü ildə 2 450,3 vahidə yüksəlib.
Energetika sektorunun iqtisadiyyata töhfəsi də genişlənib. Sektor üzrə ümumi dəyər 2016-cı ildə 100,3 milyard manat olduğu halda, 2024-cü ildə 164,6 milyard manata çatıb.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
