Valyuta məzənnələri və faiz dəhlizi açıqlanıb.
Paraqraf.com Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, xarici valyutaların milli valyutaya qarşı məzənnələri müəyyən edilib.
Belə ki, 1 ABŞ dollarının məzənnəsi 1.7000 manat, 1 avronun məzənnəsi 1.9940 manat təşkil edir. Rusiya rublu üzrə məzənnə 100 rubl üçün 2.1421 manat, Türkiyə lirəsi üzrə isə 1 lirə üçün 0.0398 manat səviyyəsində müəyyən olunub.
Eyni zamanda, faiz dəhlizi göstəriciləri də açıqlanıb. 11 dekabr 2025-ci il tarixindən etibarən faiz dəhlizinin aşağı həddi 5.75 faiz, yuxarı həddi isə 7.75 faiz səviyyəsində müəyyən edilib. Uçot faiz dərəcəsi isə 6.75 faiz olaraq saxlanılıb.
Qeyd edək ki, faiz dəhlizi və uçot dərəcəsi pul-kredit siyasətinin əsas alətlərindən biri olmaqla, maliyyə bazarlarında sabitliyin qorunmasına və inflyasiya proseslərinin tənzimlənməsinə xidmət edir.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
