Dövlət Statistika Komitəsi 2024-cü ilin sosial-iqtisadi inkişaf göstəricilərini açıqlayıb.
Paraqraf.com Dövlət Statistika Komitəsinə istinadən əldə etdiyi məlumatlara görə, kənd təsərrüfatı və meşə təsərrüfatında “Xudafərin” hidroqovşağı 1612 milyon kubmetr, “Qız Qalası” hidroqovşağı isə 56,75 milyon kubmetr su tutumu ilə Cəbrayıl bölgəsində fəaliyyət göstərir.
Sənaye sahəsində Ağdam Sənaye Parkında müxtəlif məhsullar, o cümlədən ayaqqabı və elektrik avadanlıqları istehsalı aktivdir. Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunda isə rabitə və işarəvermə avadanlığı ildə 5000 ədəd olmaqla böyük həcmdə istehsal olunur.
Enerji sektorunda Kəlbəcər, Zəngilan, Göygöl və Laçın bölgələrində su elektrik stansiyaları fəaliyyət göstərir. Kəlbəcərdə isə 80 MVt gücündə “İstisu” elektrik yarımstansiyası fəaliyyət göstərir.
Nəqliyyat infrastrukturu sahəsində Bakı, Şərur, Qəbələ, Şuşa və digər bölgələrdə yol və tunellərin tikintisi davam edir.
Turizm və ictimai iaşə sahəsində Abşeron, Şuşa, Bakı, Ağdam və Zəngilan şəhərlərində yeni obyektlər istifadəyə verilib.
Dövlət idarəetməsi, təhsil, səhiyyə və digər sahələrdə də müxtəlif inzibati binalar, məktəblər, xəstəxanalar və ictimai obyektlər istifadəyə verilib.
Statistika Komitəsi 2024-cü ilin sosial-iqtisadi inkişafının əhatəli və davamlı olduğunu vurğulayıb.
Həsən Məmmədov
Paraqraf.com
![]()
