Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/EKTİS-də bəyan edilmiş payızlıq əkin sahələrinin həcmi 740 min hektara çatıb
İQTİSADİYYAT

EKTİS-də bəyan edilmiş payızlıq əkin sahələrinin həcmi 740 min hektara çatıb

16 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilmiş payızlıq əkin sahələrinin həcmi 740 min hektara çatıb.

Paraqraf.com Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 16-dək ölkə üzrə taxıl səpinini başa çatdırmış 249 384 fermer öz əkinlərini EKTİS-də bəyan ediblər. Fermerlər tərəfindən EKTİS-ə ümumilikdə 433 573 sənəd yüklənib. Bəyan edilən əkin sahələrinin ümumi həcmi 739 697 hektardır.

Qeyd edək ki, EKTİS-də payızlıq əkinlərin bəyan prosesinə sentyabrın 1-dən start verilib.

Şabran rayonunda keçirilən müvafiq məlumatlandırma sessiyası zamanı fermerlərin aqrar sahənin subsidiyalaşdırılması mexanizmləri və digər sualları cavablandırılıb. Qeyd olunub ki, bu günədək Şabran rayonu üzrə 2 459 fermer artıq öz əkinlərini bəyan ediblər. EKTİS-ə fermerlər tərəfindən 6 411 bəyan sənədi yüklənib. Bunlardan 4 959 bəyan payızlıq, 1 452 bəyan isə çoxillik əkmələrlə bağlıdır. Şabran rayonu üzrə əkin bəyanları ümumilikdə 11 045 hektar sahəni əhatə edir.

Fermerlərə monitorinqlər başa çatdıqdan sonra gələn ilin fevral ayından başlayaraq payızlıq əkinlərə görə subsidiyaların ödənilməsinə başlanacağı barədə məlumat verilib.

Qeyd edək ki, respublika üzrə payızlıq əkinlərin bəyanı prosesi dekabrın 30-da başa çatacaq.

Xatırladaq ki, taxıl səpinini başa çatdırmış fermerlər EKTİS-də öz şəxsi kabinetlərini aktivləşdirərək, torpaq üzərində mülkiyyət sənədlərini və əkin məlumatlarını sistemə daxil edirlər.

Öz əkinlərini bəyan etmək istəyən fermerlərə bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki dəstək göstərilir. Fermerlər məlumat bölməsindən müvafiq sıra növbəsi götürərək xidmət pəncərələrinə yaxınlaşaraq sənədlərini DAİM əməkdaşlarına təqdim edir, əməkdaşların köməyi ilə payızlıq əkinlərin EKTİS-də bəyan prosedurunu tamamlayırlar.

Xidmət pəncərələrinə yaxınlaşan fermerlərə əkinlərin bəyan proseduru, aqrokimyəvi analizlərin verilməsi qaydası, aqrar sığorta tələbi, monitorinqlərin keçirilməsi, subsidiyaların ödəniləcəyi tarixlər barədə geniş məlumat verilir.

Nazirlik tərəfindən bölgələrdə payızlıq əkinlərin bəyanı ilə əlaqədar məlumatlandırma sessiyaları davam edir. Fermerlər həmçinin aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, bu sahədə tətbiq olunan yeni qaydalar, Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qəbul etdiyi qərarlar barədə məlumat əldə edirlər.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Elektron xidmətlərin və dövlət informasiya sistemlərinin qiymətləndirilməsi üzrə yeni Qayda təsdiqləndi — Proses necə aparılacaq?

Next

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 3 dəfəyə yaxın azalıb

Copyright 2026— Praqraf.com. All rights reserved