Cənub-Şərqi Asiyada Tayland və Kamboca arasında dekabrın 8-dən bəri davam edən sərhəd qarşıdurmaları nəticəsində ölənlərin sayı artmaqdadır.
Paraqraf.com xarici mediaya istinadən xəbər verir ki, təxminən bir həftədir davam edən toqquşmalarda ümumilikdə ən azı 31 nəfər həyatını itirib.
Tayland tərəfinin açıqladığı rəsmi məlumata görə, hücumlar zamanı 16 taylandlı əsgər və 4 mülki şəxs həlak olub, 327 əsgər yaralanıb. Bundan əlavə, 11 mülki vətəndaşın öldüyü, 76 mülki şəxsin isə xəsarət aldığı bildirilir.
Kamboca hökuməti toqquşmalar zamanı ölən və ya yaralanan hərbçilərin sayı ilə bağlı hələlik rəsmi məlumat yaymayıb. Bildirilir ki, qarşıdurmaların başladığı tarixdən etibarən sərhəd əyalətlərində yaşayan 700 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.
Sərhəd bölgəsindən yayılan görüntülər döyüşlərin həm şəhər, həm də kənd ərazilərinə yayıldığını göstərir.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
