Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Paraqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən KİA markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşdığı və vətəndaşın nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Rayonun Yuxarı Ləyər kəndində KİA markalı minik avtomobilinin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində sərnişinlər; 36 yaşlı Tamilla Ramaldanova və 43 yaşlı Cəmilə Bağırova hadisə yerində ölüblər.
Qəza zamanı sürücü, 1962-ci il təvəlludlü Fariza Vladimirovna – Ramaldanova, sərnişinlər; 2022-ci il təvəllüdlü A. və A. Qoşqar oğlu Rəhimovlar (əkizlər) və 2017-ci il təvəlludlü R. Rəhimov xəsarət alıblar. Yaralılar Qusar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qusarın Yuxarı Ləyər kəndində baş vermiş yol qəzasında ölənlər Birinci Qarabağ müharibəsi və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanovun qardaşı, İlham Ramaldanovun ailə üzvləridir. Bu barədə Hərbi ekspert Üzeyir Cəfərov bildirib. O bildirib ki, qəza zamanı İ.Ramaldanovun qızı Tamilla Ramaldanova və ailənin yaxın üzvlərindən olan 43 yaşlı C.Bağırova ölüblər.
Paraqraf.com
![]()
