Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Körpələr üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları təsdiqlənib
CƏMİYYƏT

Körpələr üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları təsdiqlənib

15 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş qida formullarına dair sanitariya norma və qaydaları təsdiqlənib.

Paraqraf.com-un əldə etdiyi məlumata görə, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib.

Qaydalar körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş maye və yaxud toz halında olan qida formullarına dair tələbləri müəyyən edir.

Qaydaların tələblərinə cavab verən qida formullarının dövriyyəsinə yol verilir.

Qida formulları yalnız fiziki üsullarla emal edilməli, məhsul və ya onun komponenti ionlaşdırıcı şüalanma ilə emal edilməməlidir.

Qida formulları aşağıdakı 2 növə bölünür:

– Körpələrin ilk 6 ayında qidaya tələbatının ödənilməsi məqsədilə nəzərdə tutulmuş 1 nömrəli qida formulu;

– Altı aylıqdan üç yaşınadək uşaqların qidaya tələbatının ödənilməsi məqsədilə nəzərdə tutulmuş 2 nömrəli qida formulu

1 nömrəli və 2 nömrəli qida formulları pərakəndə satış yerlərinə yalnız qablaşdırılmış formada yerləşdirilə bilər.

Bu Qaydalar tibbi məqsədlər üçün hazırlanan qida formullarına dair tələbləri əhatə etmir.

Bundan əlavə, Kollegiyanın daha bir qərarı ilə körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş əlavə qidalara dair sanitariya norma və qaydaları təsdiqlənib.

Qaydalar altı aydan yuxarı körpə və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş sənaye üsulu ilə gigiyenik tələblərə uyğun hazırlanan əlavə qidalara dair tələbləri müəyyən edir.

Əlavə qidalar pərakəndə satış yerlərinə yalnız qablaşdırılmış formada yerləşdirilə bilər.

Əlavə qidalar aşağıdakı 2 növə bölünür:

– ana südü və ya qida formulu altı aydan yuxarı körpələrin və ya erkən yaşlı uşaqların qidaya tələbatını tam ödəmədikdə onlara əlavə olaraq verilən dəstəkləyici qida məhsulu kimi nəzərdə tutulmuş taxıl əsaslı əlavə qidalar;

– ana südü və ya qida formulu altı aydan yuxarı körpələrin və ya erkən yaşlı uşaqların qidaya tələbatını tam ödəmədikdə onlara əlavə olaraq verilən dəstəkləyici qida məhsulu kimi nəzərdə tutulmuş (erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş süd əsaslı içkilər istisna olmaqla) taxıl əsaslı olmayan əlavə qidalar.

Əlavə qidalar və ya onun inqrediyentlərinin ionlaşdırıcı şüalanmaya məruz qalmasına yol verilmir.

Hər iki qərar 2026-cı il martın 4-dən qüvvəyə minir.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Sabah leysan yağacaq, yolların buz bağlaması gözlənilir – XƏBƏRDARLIQ

Next

“Muğam mənim üçün təkcə musiqi deyil, xalqın ruhudur” – Murad Kəngərli

Copyright 2026— Praqraf.com. All rights reserved