Atəşkəs razılaşmasına baxmayaraq İsrail ordusu bu gün Qəzza zolağının müxtəlif bölgələrinə hücumlar həyata keçirib.
Paraqraf.com xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 10-da Qəzzada qüvvəyə minən atəşkəs razılaşmasını pozmağa davam edən İsrail ordusunun Qəzzada müxtəlif yerləri, o cümlədən razılaşmaya əsasən nəzarəti altında olan əraziləri hədəf aldığı bildirilir.
Şahidlər bildiriblər ki, İsrail döyüş təyyarələri ölkənin cənubundakı Rəfah şəhərinə bir sıra hava zərbələri endirib.
Şahidlər həmçinin bildiriblər ki, İsrail hərbi maşınları Rafahın şimalında fərq qoymadan atəş açıb.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
