Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 15
  • Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub

admin 15 Dekabr 2025 3 minutes read
download (2)
PAYLAŞIN:

Qazaxıstanın Bakıdakı səfirliyində iki ölkə arasında münasibətlərin mövcud vəziyyətinə və perspektivlərinə həsr olunmuş dəyirmi masa iclası keçirilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Tədbir zamanı ekspertlər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Türk Dövlətlər Təşkilatının (TDT) XII Sammitində iştirak etmək üçün Azərbaycana səfərinin, Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında Qazaxıstana dövlət səfərinin nəticələrini yüksək qiymətləndiriblər. Qeyd edilib ki, ikitərəfli siyasi dialoqun yüksək intensivliyi bütün əsas istiqamətlər üzrə əməkdaşlığın genişlənməsinə kömək edir və energetika və nəqliyyat sahələrində birgə strateji layihələrin həyata keçirilməsi üçün şərait yaradır.

“Bu kontekstdə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM), Qazaxıstan neftinin və uranının Azərbaycan ərazisi vasitəsilə ixracı və tamamlanması, 2026-cı ilin sonuna planlaşdırılan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilişi kimi iri layihələrin əhəmiyyətini qeyd edib. Diplomat vurğulayıb ki, 2025-ci ildə Qazaxıstan ilk dəfə Azərbaycan bazarına əsas buğda tədarükçüsü olub”, – məlumatda deyilib.

Dəyirmi masanın iştirakçıları həmçinin Türk Dövlətləri Təşkilatının artan rolunu və Azərbaycanın təşkilata sədrliyi dövründə prioritetlərini müzakirə ediblər. Bundan əlavə, TDT ölkələrinin qeyri-hökumət təşkilatları platformasının yaradılması və onun katibliyinin Azərbaycanda yerləşdirilməsi ilə bağlı Bakının təşəbbüsü qeyd edilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev regional qarşılıqlı əməkdaşlıq formatlarının genişləndirilməsi kontekstində 2026-cı ildə C6 formatında analitik mərkəzlər forumunun keçirilməsini, həmçinin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində oxşar tədbirin təşkili imkanlarının nəzərdən keçirilməsini təklif edib.

Bundan əlavə, görüş çərçivəsində Qazaxıstan və Azərbaycan arasında enerji və nəqliyyat-logistika əməkdaşlığı, elmi-ekspert kooperasiyası, eləcə də mədəni-humanitar əlaqələrin inkişafı məsələləri üzrə ekspert qiymətləndirmələri müzakirə edilib.

Paraqraf.com 

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi sazişi təsdiqlənib
Next: Urmiyə gölündə ümidverici artım: mütəxəssislər xəbərdarlıq edir – “təhlükə hələ bitməyib”

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.