Skip to content
12 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 12
  • Kamran Əsədov abituriyentlərə cavabları ötürürmüş – Cinayət işi açıldı

Kamran Əsədov abituriyentlərə cavabları ötürürmüş – Cinayət işi açıldı

admin 12 Dekabr 2025 4 minutes read
303245_0g05dszdut
PAYLAŞIN:

Tanınmış təhsil eksperti Kamran Əsədov cinayət məsuliyyətinə cəlb edilib.

Paraqraf.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, ekspert tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur.

Gündüz Abbasov bu iş üzrə həbsdədir. Kamran Əsədov barəsində isə istintaq dövründə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.

İttiham ondan ibarətdir ki, K.Əsədov və G.Abbasov cinayət əlaqəsinə girərək qanunsuz texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara kömək ediblər.

Belə ki, gizli kamera, səsötürücü funksiyalı “vip smart” telefon, nano qulaqlıq, mifi cihazları və digər qurğular əvvəlcədən bir-biri ilə əlaqələndirilib və istifadəyə yararlılığı yoxlanılıb.

Daha sonra həmin avadanlıqlar hazır vəziyyətdə Gəncə və Bakı şəhərlərində keçirilən buraxılış və ali məktəblərə qəbul imtahanlarında asanlıqla nəticə əldə etmək istəyən müxtəlif şəxslərə verilib.

Qurğular isə imtahanda iştirak edənlərin ayaqqabılarında gizlədilib. Bunun üçün əvvəlcə ayaqqabıların altı kəsilərək boşluq yaradılıb və texniki vasitələr həmin yerə yerləşdirilib. Daha sonra imtahan iştirakçılarına binanın tualetində qurğunu üzərlərinə yerləşdirərək sual vərəqini kamera ilə çəkmələri, ardınca qulaqlıq vasitəsilə cavabları gözləmələri izah edilib.

Bütün bunların müqabilində təqsirləndirilən şəxslər müştərilərindən müxtəlif məbləğlərdə pul vəsaiti alaraq öz aralarında bölüblər.

Kamran Əsədovla Gündüz Abbasova bu əməllərinə görə Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib. Hər iki maddə üzrə 3 ilədək həbs cəzası nəzərdə tutulur.

Hazırda cinayət işinə Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baxılır. Bu gün keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərə hüquq və vəzifələri izah olunub və barələrində seçilmiş qətimkan tədbirlərinin dəyişdirilmədən saxlanılması qərara alınıb.

Əsas iclas dekabrın 15-də keçiriləcək.

Qeyd edək ki, cinayət işinin başlanmasına səbəb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət edilməsi olub. DTX-dən göndərilən materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. İstintaq nəticəsində yuxarıda qeyd edilən şəxslərdən əlavə daha bir neçə nəfərə cinayət işi açılıb. Onların da işi hazırda məhkəmədədir.

 

Paraqraf.com

Loading

Visited 34 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: ABŞ 5 ölkə ilə strateji əməkdaşlıq elan etdi
Next: Zelenski təəccüblü xəbərdarlıq edir

OXŞAR MÖVZULAR

5b48b1b2-e709-38f7-b138-a7336214cb52_1200

Növbəti iki gündə rayonlarda yağıntı intensivləşəcək, dolu düşəcək

admin 11 May 2026
RhJTU7Tps6OMQe6GdgaYXeEAxuF8wIcbcVRXnNGw_1200

Sabah Azərbaycanda 30 dərəcə isti olacaq

admin 11 May 2026
696242455_989574550252898_2964777198974858917_n

Riyaziyyat elminə həsr olunan ömür: professor Vaqif İbrahimovun zəngin elmi fəaliyyəti

admin 10 May 2026

XƏBƏR LENTİ

Ümummilli liderin ideyalarına sədaqətlə 691071243_122293018676206403_3195416452684688828_n

Ümummilli liderin ideyalarına sədaqətlə

11 May 2026
Ermənistanın yeni protektorat axtarışı: Rusiyadan Fransaya siyasi asılılıq IMG_6462

Ermənistanın yeni protektorat axtarışı: Rusiyadan Fransaya siyasi asılılıq

11 May 2026
İqtisadçı: “Kartdan-karta şəxsi köçürmələrə vergi tətbiqi ilə bağlı rəsmi qərar yoxdur” IMG-20260511-WA0006

İqtisadçı: “Kartdan-karta şəxsi köçürmələrə vergi tətbiqi ilə bağlı rəsmi qərar yoxdur”

11 May 2026
Çıxarışsız mənzillərlə bağlı narahatedici məqamlar üzə çıxdı IMG-20260511-WA0004

Çıxarışsız mənzillərlə bağlı narahatedici məqamlar üzə çıxdı

11 May 2026
ADY və ekspertdən açıqlama: “Ödənişli sistem antisanitar halların qarşısını almağa hesablanıb” IMG-20260511-WA0003

ADY və ekspertdən açıqlama: “Ödənişli sistem antisanitar halların qarşısını almağa hesablanıb”

11 May 2026
Tünzalə Ağayeva “Yenidən başlayaq” söylədi – VİDEO IMG_7137

Tünzalə Ağayeva “Yenidən başlayaq” söylədi – VİDEO

11 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.