İsrail Livanda atəşkəsi pozmaqda davam edir. İsrail döyüş təyyarələri növbəti dəfə Livanın cənubunu və şərqdəki Bekaa vadisini hədəfə alıb.
Paraqraf.com xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA məlumat yayıb.
İsrail döyüş təyyarələri ölkənin cənubundakı Çarmak, Mahmhudiya, Zarariye, Ənsar, Tuffahta, Beyseriyye, Rafi dağı, Sajed, Reyhan, Armata, Jeba, Tebneh və Vadi Bengol bölgələrini hədəfə alıb.
Livanın şərqindəki Bekaa bölgəsinin qərbindəki Zalaya vadisinə də 4 hava zərbəsi endirilib.
Qeyd edək ki, Livan rəsmiləri hücumlar nəticəsində ölənlərlə bağlı hələlik heç bir məlumat yaymayıb.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
Visited 11 times, 1 visit(s) today
